6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkiyə BMT-də Kipr üçün iki dövlətli həllə çağırış edib

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Kipr türkləri və yunanları arasında dialoqu təşviq etmək məqsədilə Nyu-Yorkda ilin ikinci qeyri-rəsmi Kipr sammiti təşkil olunub.

18 İyul 2025 09:48
Türkiyə BMT-də Kipr üçün iki dövlətli həllə çağırış edib

BAKI, AzerVoice

Nyu-Yorkda Kipr məsələsinə dair yüksək səviyyəli görüş keçirilib

AzerVoicexəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Kipr türkləri və yunanları arasında dialoqu təşviq etmək məqsədilə Nyu-Yorkda ilin ikinci qeyri-rəsmi Kipr sammiti təşkil olunub.

İki gün davam edən görüşdə Kiprdəki son vəziyyət və tərəflər arasında etimadın artırılmasına yönəlmiş addımlar müzakirə edilib. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən tədbir Quterreşin şam yeməyi ilə başlayıb. Görüşdə Kipr türklərinin lideri Ersin Tatar, Kipr yunanlarının lideri Nikos Kristodoulides, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın naziri Yorgos İerapetritis və Böyük Britaniyanı təmsil edən dövlət katibi Stiven Doughty iştirak ediblər.

Türkiyə tərəfi Kipr probleminin yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə görüşdə AB ilə münasibətlərin normallaşdırılması arzusunu ifadə edib. Bu fikir Kipr yunan lideri tərəfindən “çox maraqlı cümlə” kimi qiymətləndirilib.

Qeyd edək ki, mart ayında bənzər formatlı görüş İsveçrənin Cenevrə şəhərində baş tutmuşdu. Görüşlərdə tərəflər arasında əsas fikir ayrılığı iki dövlətli və federasiya əsaslı həll modelləri üzərində cəmləşir.

Məqalədə: #Türkiyə #BMT #Antonio Quterreş #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Şimali Kİpr Türk Respublikası #Ersin Tatar #Yunanıstan #Nyu-York

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.