6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Tramp Şəraa ilə görüşdü: Sanksiyaların ləğvi açıqlaması Dəməşqdə müsbət qarşılandı

14 May 2025 12:49
Tramp Şəraa ilə görüşdü: Sanksiyaların ləğvi açıqlaması Dəməşqdə müsbət qarşılandı

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

ABŞ Prezidenti Donald Tramp Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya Prezidenti Əhməd əl-Şəraa ilə görüşüb. Bu görüş, Trampın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlamasının ertəsi baş tutub.

Ağ Ev rəsmisinin verdiyi məlumata görə, görüş Trampın bölgəyə səfəri çərçivəsində Səudiyyə Ərəbistanında keçiriləcək Körfəz liderlərinin geniş toplantısından əvvəl baş tutub.

Tramp bir gün öncə, Səudiyyə vəliəhd şahzadəsi və Baş nazir Məhəmməd bin Salmanın xahişi ilə Suriyaya qarşı sanksiyaların aradan qaldırılacağını bəyan edib. Eyni zamanda ABŞ Dövlət katibi Marko Rubio ilə Suriya xarici işlər naziri arasında Türkiyədə görüş planlaşdırıldığı bildirilib.

Ər-Riyadda keçirilən “Səudiyyə-ABŞ İnvestisiya Forumu” çərçivəsində çıxış edən Tramp bildirib ki, o, Suriya ilə münasibətlərin normallaşdırılması üçün ilk addımı atır və sanksiyaların qaldırılması ilə Suriya xalqına “möhtəşəm fürsət” vermək niyyətindədir. Tramp həmçinin qeyd edib ki, Türkiyə Prezidenti də bu qərarı dəstəkləyib.

O, sanksiyaları “o dövrdə vacib, amma qəddar bir alət” kimi xarakterizə edərək bildirib ki, artıq Suriya üçün qalxma və öz xalqının maraqlarını qoruma vaxtıdır. Tramp ölkəsinin hər kəslə sülh istəyində olduğunu vurğulayıb.

Dəməşqdən müsbət cavab

Trampın bu bəyanatından dərhal sonra Suriya rəsmiləri müsbət reaksiya veriblər. Suriya Xarici İşlər naziri Əsəd əl-Şeybani "X" sosial platformasında yayımlanan açıqlamasında Səudiyyə Ərəbistanı rəhbərliyinə və xalqına bu istiqamətdə göstərdikləri səylərə görə təşəkkür edib. O, bu addımı “haqqın zəfəri və ərəb birliyinin təsdiqi” kimi qiymətləndirib.

Əl-Şeybani əlavə edib ki, Səudiyyə diplomatiyası bir daha “ərəb dünyasında ağılı və hikməti təmsil etdiyini” sübut edib. Nazir hesab edir ki, bu təşəbbüs Suriyanın birliyinə, sabitliyinə və regionda yenidən fəal rol almasına töhfə verəcək.

O, bu addımı Suriyada yenidənqurma prosesinə başlanğıc kimi qiymətləndirib və bildirib ki, “Səudiyyə də daxil olmaqla ərəb qardaşlarımızın mövqeyi sayəsində, Suriya xalqının layiq olduğu gələcəyə doğru yeni bir səhifə açılır.”

Əl-Şeybani “SANA” agentliyinə verdiyi açıqlamada bildirib ki, bu sanksiyalar vaxtilə “Əsəd rejiminin müharibə cinayətlərinə cavab olaraq” tətbiq olunmuşdu. Lakin indiki qərar, “illərlə davam edən dağıdıcı müharibədən sonra sabitlik və yenidənqurma yolunda dönüş nöqtəsidir.”

Nazir bildirib ki, Dəməşq bu qərarı yüksək qiymətləndirir və ABŞ ilə qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlər qurmağa hazırdır. Onun sözlərinə görə, Prezident Tramp “Amerika maraqları naminə Suriyada tarixi bir sülh razılaşması və real qələbə əldə edə bilər.”

Məqalədə: #Donald Tramp #Suriya Kürd Milli Şurasının (ENKS) #Tramp və Məhəmməd bin Salman görüşü #Donald Tramp Suriya #ABŞ Suriya sanksiyaları #Tramp Şərq siyasəti #Əhməd əl-Şərrə ilə görüş #Tramp Riyad görüşü #Səudiyyə Suriya diplomatiyası #Sanksiyaların qaldırılması Suriya #Trampdan Suriyaya jest #ABŞ Suriyada sülh təşəbbüsü #Əsəd rejimi və sanksiyalar #Suriya yenidənqurma prosesi #ABŞ Suriya münasibətləri 2024 #Tramp Səudiyyə zirvəsi #Suriya ABŞ barışığı #Riyad sammiti 2025 #Suriya diplomatik açılım #Ərəb birliyi və Suriya məsələsi

Mövzu üzrə digər xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.