5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzzada yardım paylanmasında xaos və atəş səsləri: ABŞ-ın dəstəklədiyi “Yardım Fondu” fəaliyyətini dayandırdı

Fond hadisələrin nəzarətdən çıxmaması üçün müvəqqəti olaraq yardım bölgüsünü dayandırdığını açıqlayıb.

28 May 2025 10:21
Qəzzada yardım paylanmasında xaos və atəş səsləri: ABŞ-ın dəstəklədiyi “Yardım Fondu” fəaliyyətini dayandırdı

BAKI, AzerVoice

Qəzzanın cənubundakı Rəfah şəhərində bu gün yardım paylanması zamanı xaos yaşanıb. ABŞ tərəfindən maliyyələşdirilən “Humanitar Yardım Fondu”nun bildirdiyinə görə, yardım almaq istəyənlərin sayı kritik həddə çatdığı üçün onların əməkdaşları geri çəkilməyə məcbur qalıblar. Fond hadisələrin nəzarətdən çıxmaması üçün müvəqqəti olaraq yardım bölgüsünü dayandırdığını açıqlayıb.

Yardım bölgüsü nəzarətdən çıxdı

Qəzza sakinləri, xüsusilə HƏMAS-ın tətbiq etdiyi blokada səbəbilə yardım mərkəzinə çatmaqda saatlarla çətinlik yaşayıb. Bu müddətdə ABŞ-ın dəstəklədiyi fond artıq 8000 qida qutusu paylayaraq 462 min porsiya yemək təmin etdiyini bildirib.

Amerikalı mühafizəçilər geri çəkildi, İsrail ordusu müdaxilə etdi

Qəzzanın cənubundakı Rəfah şəhərində İsrail ordusu tərəfindən qurulan yardım paylama məntəqəsinə minlərlə insanın axın etməsi nəticəsində iğtişaşlar baş verib. ABŞ-a bağlı xüsusi təhlükəsizlik şirkətinin əsgərləri nəzarəti itirdikdən sonra İsrail ordusu onların təxliyəsinə müdaxilə edib.

Yardım məntəqəsi yaxınlığında israilli əsgərlərin xəbərdarlıq atəşi açdığını və tank mərmisinin səsinin eşidildiyini bildirib.

Qəzzadakı Hökumət Media İdarəsi məsələ ilə bağlı açıqlamasında, İsrail ordusunun yardım bölgüsündə “uğursuzluğa düçar olduğunu” və bunun “insanları aclıqla məhv etməyə yönəlmiş” siyasətin nəticəsi olduğunu vurğulayıb. Açıqlamada qeyd olunur ki, aclıq içində yaşayan minlərlə insan yardım məntəqəsinə axın edib və nəticədə israilli əsgərlərin müdaxiləsi ilə qarşılaşıblar. Hadisə zamanı yaralananların olduğu bildirilib.

Qurum İsraili "yardımı silaha və siyasi təzyiq vasitəsinə çevirməkdə" ittiham edib və BMT ilə Təhlükəsizlik Şurasını "bu cinayətə dərhal son qoymaq və keçid məntəqələrini qeyd-şərtsiz açmaq" üçün çağırıb.

İsrail: “HƏMAS yardımı ələ keçirir”

İsrail isə cavabında HƏMAS-ı yardımları ələ keçirməkdə ittiham edərək yeni yardım mexanizmini məhz bu səbəbdən tətbiq etdiyini açıqlayıb. Yeni sistemin birinci günü olan bu gün yaşanan hadisələr isə sistemin davamlılığına dair ciddi suallar yaradıb.

3 nəfər həyatını itirib

Fələstin telekanalı “Əl-Əqsa” yardım məntəqəsi yaxınlığında İsrail atəşi nəticəsində 3 nəfərin öldüyünü bildirib. İsrail ordusu isə yalnız xəbərdarlıq atəşi açıldığını və vəziyyətin nəzarət altına alındığını bildirib. Yardımların planlaşdırıldığı kimi davam etdiriləcəyi vurğulanıb

Qəzzada yardım paylanmasında xaos və atəş səsləri: ABŞ-ın dəstəklədiyi “Yardım Fondu” fəaliyyətini dayandırdı Qəzzada yardım paylanmasında xaos və atəş səsləri: ABŞ-ın dəstəklədiyi “Yardım Fondu” fəaliyyətini dayandırdı
Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.