5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzzada Qan Böhranı: “Təcili və Xroniki Xəstələr Üçün Artıq Heç Nə Qalmayıb”

Qəzzada Şəfa Tibb Kompleksinin Mərkəzi Qan Bankında çalışan tibbi analiz mütəxəssisi Zayid Məhəmməd (54 yaş) ağır xəstəliklərlə mübarizə aparır. O, həm qalxanabənzər vəzi xərçəngi, həm də talassemiyadan əziyyət çəkir

14 İyun 2025 09:07
Qəzzada Qan Böhranı: “Təcili və Xroniki Xəstələr Üçün Artıq Heç Nə Qalmayıb”

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Qəzzada Şəfa Tibb Kompleksinin Mərkəzi Qan Bankında çalışan tibbi analiz mütəxəssisi Zayid Məhəmməd (54 yaş) ağır xəstəliklərlə mübarizə aparır. O, həm qalxanabənzər vəzi xərçəngi, həm də talassemiyadan əziyyət çəkir. İki oğlu da eyni irsi qan xəstəliyinə tutulub. Hər üç həftədən bir mütəmadi qan köçürülməsi onların həyatda qalması üçün vacibdir.

Misirin “əl-Cumhuriə” qəzeti bu məsələni müxtəlif aspektlərdən araşdıraraq, misirli jurnalist Ala Həmzənin hazırladığı geniş jurnalistik təhqiqatla ictimaiyyətin diqqətinə çatdırıb.

Amma bu, təkcə onların problemi deyil – Qəzzada təxminən 280 talassemiya xəstəsi bu həyati xidmətdən asılıdır.

“İsraildən gələn hücumlar və qan ehtiyatının çatışmazlığı ilə üz-üzəyik. Qan tapmaq çətin, uyğunluq yoxlanışı isə alətlər olmadığı üçün mümkün deyil. Bu, həyatı riskə atır”, – deyə Zayid bildirir.

Zayidin sözlərinə görə, həkimlərin hər dəfə uyğun qan tapması daha da çətinləşir. O, ən son bir neçə gün əvvəl ağrılara dözə bilməyib təcili qan almaq üçün qan bankına gedib: “Mənimlə yanaşı bir neçə nəfər də orada idi. Biri deyirdi, ‘qardaşım qan itirir, çadırımız bombalanıb’, digəri isə ‘məktəb bombalanıb, anam yanıb, ona qan lazımdır’. Amma nə donor var, nə də test cihazı...”.

Sistem çökmək üzrədir

7 oktybr 2023-cü ildən sonra Qəzzada səhiyyə sistemi, o cümlədən laboratoriyalar və qan bankları dağılıb. Hazırda sektorda cəmi üç qan bankı fəaliyyət göstərir. Türk-Qatar Dostluq, ən-Nəccar və BƏƏ Hilal Xəstəxanalarının qan mərkəzləri isə tamamilə sıradan çıxıb. Yerdə qalan üç mərkəz isə misli görünməmiş təzyiq altındadır.

Qəzza Səhiyyə Nazirliyinin Qan Bankları və Laboratoriyalar bölməsinin rəhbəri Səhr Qanim xəbərdarlıq edir: “Qan ehtiyatı tükənib. Hər gün yığılan qan eyni gün xərclənir. Təcili yardım və xroniki xəstələr üçün artıq ehtiyat yoxdur. Donorlar isə acdır, qida çatışmazlığı ucbatından bəziləri qan verərkən huşunu itirir”.

Onun sözlərinə görə, nadir qan qrupları demək olar ki, artıq tapılmır. Tibbi göstərişlərə zidd olsa da, artıq normanı aşan şəxslərdən dəfələrlə qan alınır. “Bu, onların sağlamlığı üçün təhlükəlidir. Ancaq başqa yol qalmayıb”.

Elektrik yoxdur, cihazlar sıradan çıxıb

Qəzzadakı qan banklarının yarıdan çoxu sıradan çıxıb. Elektrik enerjisi və yanacaq çatışmazlığı səbəbindən soyuducular işləmir. Bu isə qan vahidlərinin xarab olmasına gətirib çıxarır. Bəzi laboratoriyalarda testlər yenidən əl üsulu ilə aparılır.

Səhr Qanim qeyd edir ki, 2024-cü ilin əvvəlindən 2025-ci ilin aprel ayına qədər 57 minə yaxın qan vahidi toplanıb, lakin tələbat bundan xeyli çoxdur: “Ağır yaralılar, xərçəng, böyrək və talassemiya xəstələri üçün artıq əvvəlki kimi avtomatik təminat yoxdur. İndi onlardan tələb olunur ki, özləri donor gətirsinlər. Bu da onların onsuz da çətin vəziyyətini ikiqat ağırlaşdırır”.

Mərkəzi laboratoriya bombalanıb

Yalnız qan bankları deyil, əsas laboratoriyalar da dağılıb. Yeganə İctimai Səhiyyə Laboratoriyası bombalandığı üçün içməli su, dərman və ərzaq testləri də tam dayanıb. Hazırda test reaktivlərinin 59,3 faizi, laboratoriya materiallarının isə 49,4 faizi çatışmır. Bu, yaxın həftələrdə laboratoriya xidmətlərinin tam iflasına səbəb ola bilər.

Bütün bunlara baxmayaraq, tibb işçiləri maaşsız, ailələrindən ayrı və gündəlik təhlükə içində işlərini davam etdirirlər. Onların əsas çağırışı beynəlxalq təşkilatlara ünvanlanıb: “Yanacaq, qan ehtiyatı, laboratoriya avadanlığı və dərhal atəşkəs təmin olunmalıdır. Yoxsa sistem çökəcək”.

Qəzza Səhiyyə Nazirliyinin hüquq şöbəsinin müdiri Ərva Təmmimi bildirir ki, İsrail hökuməti Qərb Sahilindən və İordaniyadan toplanan qan ehtiyatlarının Qəzzaya gətirilməsinə icazə vermir: “Dörd donor kampaniyası keçirdik, minlərlə torba qan topladıq, lakin girişə icazə yoxdur. Bəzi qan torbaları sərhəddə xarab olur”.

Qəzzaya hər ay təxminən 7000 qan vahidi lazımdır. Hazırda isə ən azı 1000 vahid təcili daxil edilməlidir. “Bu, beynəlxalq hüquqa ziddir. Qida və dərman blokadası cinayətdir. Amma İsrail buna məhəl qoymur”, – deyə Təmmimi bildirir.

Qəzzada həyat artıq tənəzzül edir

Qan torbası Qəzzada indi qızıldan daha dəyərlidir. Hər bir vahid qan – bir həyat deməkdir. Hər bir donor isə bir ümid işığı. Zayid və onun övladlarının hekayəsi təkcə bir ailənin yox, bütün Qəzzanın ağrı-acısını simvolizə edir.

Bütün bu dəhşətlərin fonunda, Qəzzanın qan banklarında bir damla qan tapmaq, bəzən bir insanın həyatda qalması ilə ölməsi arasında yeganə fərqə çevrilir. Həyatın özü isə dağılmış xəstəxanaların, sönmüş laboratoriyaların və əli qanla qalmış duaların içində süqut edir...

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Ərəb dövlətləri və Qəzza #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzanın yenidənqurma xərcləri #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #Ala Həmzə

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.