7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər

Şahmat yalnız intellektual bir oyun deyil, həm də bəşər tarixinin dərin mədəni qatlarında iz qoymuş zəngin bir irsdir.

28 İyun 2025 12:00
Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər

BAKI,AzerVoice - Şahmat yalnız intellektual bir oyun deyil, həm də bəşər tarixinin dərin mədəni qatlarında iz qoymuş zəngin bir irsdir. Bu oyunun müsəlman dünyasındakı rolu və yayılması isə həm tarixçilər, həm də mədəniyyət araşdırmaçıları üçün xüsusi maraq doğurur.

Hindistan və İran: Oyunun erkən mərhələləri

Şahmatın mənşəyi eramızın VI əsrinə, Şimali Hindistana gedib çıxır. Bu dövrdə “çaturanqa” (sanskrit dilində “dörd hissəli ordu”) adlanan bu oyun piyada, süvari, fil və döyüş arabası bölmələrini təmsil edirdi. Bu hərbi bölmələr sonradan şahmat fiqurlarının əsasını təşkil etdi.

Çaturanqa oyunu zamanla Sasanilər dövrünün İranına yayıldı. Farslar bu oyunu “şatranc” adlandırdılar və onu daha da təkmilləşdirdilər. İranın İslam orduları tərəfindən fəthindən sonra isə şahmat müsəlman dünyasının mədəni sərvətinə çevrildi.

Müsəlman fəthləri və şahmatın yayılması

Tarixçilərin fikrincə, şahmatın dünyanın digər bölgələrinə yayılması məhz müsəlmanlar sayəsində mümkün olub. Ərəb xilafətləri, xüsusilə Əməvilər və Abbasilər dövründə şahmat yalnız oyun kimi deyil, həm də elmi və intellektual inkişafın bir göstəricisi kimi qəbul edilirdi.

Ərəb ölkələrində xəlifələr bu oyunun geniş yayılmasında xüsusi rol oynayıblar. Xəlifə Harun ər-Rəşid (786–809) dövründə şahmat saray mədəniyyətinin vacib bir elementi sayılırdı. Mənbələrdə qeyd olunur ki, Harun ər-Rəşid özü də mahir şahmatçı olub və gözübağlı şahmat oynaya bilən istedadlı oyunçuları axtarırdı.

Abbasi ustaları və şahmatın saray mədəniyyəti

X əsrdə Abbasi dövründə şahmatın iki ən tanınmış ustası — Əl-Ləclac və Əl-Suli meydana çıxdı. Onlar yalnız dövrün deyil, ümumiyyətlə, orta əsrlərin ən dərin strategiya biliciləri kimi tanınırdılar.

Bağdad saraylarında şahmat oyunu yalnız səssiz düşüncə ilə məhdudlaşmırdı. Oyunun mədəni tərəfi də ön planda idi – oyunçulardan hazırcavablıq, incə jestlər və məntiqi zarafatlar gözlənilirdi. XIV əsr ərəb tarixçisi Əl-Məsudi yazırdı:

“Şahmatçılar heyrətləndirmək üçün müxtəlif cəlbedici hərəkətlər və jestlərdən istifadə edirlər.”

İspaniya, Portuqaliya və Avropaya yayılması

Ərəblərin Pireney yarımadasını fəthi (bugünkü İspaniya və Portuqaliya ərazisi) şahmatın Avropaya daxil olmasının əsas kanallarından biri oldu. Kordoba xilafəti dövründə şahmat təhsil, elm və mədəniyyətlə yanaşı inkişaf etdirildi.

XIII əsrdə şahmat intellektual düşüncə, məntiq və strateji təfəkkürün simvoluna çevrildi. Oyun artıq fərqli mədəniyyətlər arasında körpü rolunu oynayırdı.

Skandinaviya və Rusiyaya yayılması

Şahmatın Yaxın Şərqdən Rusiyaya və Skandinaviya ölkələrinə yayılması əsasən ticarət yolları, xüsusilə Volqa çayı vasitəsilə mümkün olub. X–XI əsrlərdə bu oyun artıq Skandinaviyada və Rusiyada da tanınırdı.

Daha sonra şahmat İtaliyaya keçdi və Qərbi Avropada daha da populyarlaşdı. Tarixi qeydlərə görə, Qərbi Avropada şahmat haqqında ilk məlumat 1010-cu ilə aiddir.

Ən qədim şahmat dəsti

Bu günə qədər tapılmış ən qədim şahmat dəsti eramızın 700-cü ilinə aiddir. Bu dəst fil sümüyündən hazırlanmışdır və oyunun o dövrdə nə qədər dəyərli və elit bir məşğuliyyət olduğunu göstərir.

Şahmat yalnız bir oyun deyil, həm də mədəniyyətlərin kəsişdiyi, intellektual əlaqələrin qurulduğu bir vasitədir. Müsəlman irsi bu oyunun yayılmasında və inkişafında mühüm rol oynayıb. Ərəblər və farslar şahmatı yalnız qoruyub saxlamamış, həm də onun fəlsəfi və strateji dərinliyini zənginləşdirərək gələcək nəsillərə ötürmüşlər.

Bu gün dünyada milyonlarla insanın oynadığı şahmatın kökündə, məhz bu qədim və zəngin irs dayanır.

Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər Müsəlmanların şahmata töhfəsi: Harun ər-Rəşiddən Kordobaya qədər
Məqalədə: #İslam irsi #Şahmat #Azərbaycan Şahmat Federasiyasının (AŞF) #Ümumdünya Şahmat Olimpiyadası #Bunu bilirsinizmi? #Türkiyə şahmat məşqçiləri statistikası #Şahmatın tarixi #Müsəlman irsində şahmat #Abbasid dövründə şahmat #Harun ər-Rəşid və şahmat #Əl-Suli və Əl-Ləclac #Şahmatın İslam dünyasındakı yeri #Ərəblər və şahmatın yayılması #Kordoba xilafəti və şahmat #Şahmat Avropada #Ən qədim şahmat dəsti #Şahmat və mədəniyyət #İslam mədəniyyətində oyunlar

Mövzu üzrə digər xəbərlər

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

6 Sentyabr 12:00
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.