6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan-Peru parlamentlərarası əlaqələri uğurla inkişaf edir

10 Dekabr 2023 19:54
Azərbaycan-Peru parlamentlərarası əlaqələri uğurla inkişaf edir

Bakı. AzerPress:

Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov həmin ölkənin Konqresinin sədri Alexandro Soto Reyes və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Alexandro Aguinaqa ilə görüşlər keçirib.

AzerPress xəbər verir ki, görüşlər zamanı ölkələrimiz arasındakı parlamentlərarası əməkdaşlıq əlaqələrinin uğurlu inkişafı, ticarət-iqtisadi, turizm, mədəni-humanitar, təhsil və digər sahələrdəki münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Səfir Azərbaycan və Peru arasında iqtisadi, siyasi və sosial sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Diplomat regionda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin geosiyasi proseslərə müsbət təsiri barədə məlumat verib.

Bu il xalqımız tərəfindən yüz illiyi təntənəli şəkildə qeyd edilən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təşəkkül tapmış irimiqyaslı beynəlxalq layihələr sayəsində hazırda Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və enerji qovşağına çevrildiyini qeyd edən M.Talıbov, carı ilin may ayında Ulu Öndərin 100 illik yubileyi münasibətilə Peru Konqresində təşkil olunmuş tədbiri də böyük məmnunluqla xatırlayıb.

Səfir, erməni işğalı və onun nəticələri, Azərbaycan ərazilərində həyata keçirilmiş etnik təmizləmə və vandalizm, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki zəfər nəticəsində bu işğala son qoyulması və tarixi ədalətin bərpa olunması, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, həmçinin gündəlikdə duran sülh prosesinin gedişatı barədə danışıb.

Görüş zamanı diplomat Peru Hökumətinə keçmiş Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə görə bir daha təşəkkürünü bildirib.

Görüş əsnasında, Peru səfirliyinin Azərbaycanda fəaliyyətinin bərpası məsələsi və bu amilin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərin yaradılmasına əlavə təkan verəcəyi qeyd edilib.

Konqresin sədri A. Soto Reyes, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, Peru və Azərbaycan arasında, əsasən siyasi, ticarət-iqtisadi, investisiya, o cümlədən enerji, neft-kimya və kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığının inkişafında maraqlı olduqlarını vurğulayıb. Konqresin Sədri A.S.Reyes, hər iki ölkənin parlament nümayəndələri arasında qarşılıqlı səfərlərinin intensivləşdirilməsi, müxtəlif sahələrdə gələcək əməkdaşlıq perspektivlərinə dair mütəmadi fikir mübadiləsinin ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə qaldıracağına inandığını söyləyib.

Eyni zamanda səfər çərçivəsində səfir Beynəlxalq Əlaqələr Komissiyasının sədri A.Aguinaqa ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, o cümlədən parlamentlər səviyyəsində fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və müasir dövrdə dövlətlərarası əlaqələr və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Peru parlamentlərarası əlaqələri uğurla inkişaf edir Azərbaycan-Peru parlamentlərarası əlaqələri uğurla inkişaf edir Azərbaycan-Peru parlamentlərarası əlaqələri uğurla inkişaf edir Azərbaycan-Peru parlamentlərarası əlaqələri uğurla inkişaf edir
Məqalədə: #Azərbaycan #Peru

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.