7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə İsrailin İordan çayının qərb sahilini ilhaqı qərarına sərt reaksiya verib

Türkiyənin Xarici İşlər Nazirliyi İsrail parlamentinin (Knesset) işğal altındakı İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini təsdiqləməsinə kəskin etiraz bildirib. Nazirliyin yazılı açıqlamasında qeyd olunub ki, İsrailin bu addımı beynəlxalq hüquqa ziddir və “yox hükmündə” sayılır. “Qəzzada sülh səylərinin davam etdiyi bir vaxtda atılan bu təxribat xarakterli addım bölgədəki təhlükəsizlik və sabitliyi ciddi şəkildə təhdid edir”, – açıqlamada vurğulanıb.

22 Oktyabr 2025 23:11
Türkiyə İsrailin İordan çayının qərb sahilini ilhaqı qərarına sərt reaksiya verib

BAKI,AzerVoice, Orxan Qədirzadə

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İordan çayının qərb sahilini ilhaqı qərarına sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi İsrail parlamentinin (Knesset) işğal altındakı İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini təsdiqləməsinə kəskin etiraz bildirib.

Nazirliyin yazılı açıqlamasında qeyd olunub ki, İsrailin bu addımı beynəlxalq hüquqa ziddir və “yox hükmündə” sayılır.

“Qəzzada sülh səylərinin davam etdiyi bir vaxtda atılan bu təxribat xarakterli addım bölgədəki təhlükəsizlik və sabitliyi ciddi şəkildə təhdid edir”, – açıqlamada vurğulanıb.

Türkiyə XİN bəyan edib ki, 1967-ci ildən bəri İsrailin işğalı altında olan, o cümlədən Şərqi Qüdsü də əhatə edən İordan çayının qərb sahili Fələstin torpağıdır və oradakı qanunsuz faktiki ilhaqlara icazə verilməməlidir.

Bildirilib ki, Ankara Fələstin xalqının ayrılmaz hüquqlarını müdafiə etməyə və 1967 sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində səylərini davam etdirəcək.

Xatırladaq ki, İsrail parlamenti - Knesset, çərşənbə günü keçirilən iclasda Qərb Sahilinə İsrail suverenliyinin tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Knesset eyni zamanda Şərqi Qüds yaxınlığındakı “Maale Adumim” yaşayış məntəqəsinin İsrail ərazisinə ilhaqını nəzərdə tutan qanun layihəsini də ilkin oxunuşda qəbul edib.

Lakin hər iki qanun layihəsi qanuni qüvvəyə minməsi üçün daha üç səsvermədən keçməlidir.

İsrailin dövlət yayım şirkətinin məlumatına görə, “Noam” adlı ifrat sağçı partiyanın lideri Avi Maoz bu qanun layihəsini Knessetə təqdim edib, baxmayaraq ki, baş nazir Benyamin Netanyahu hazırkı dövrdə səsvermənin keçirilməsinə qarşı çıxıb.

Xatırladaq ki, iyulun 23-də Knesset Qərb Sahilinin ilhaqını dəstəkləyən bənzər təklifə səs verib, o zaman 120 deputatdan 71-i layihənin lehinə çıxış etmişdi. Bu addım beynəlxalq aləmdə kəskin reaksiyalara səbəb olmuş, “iki dövlətli həll” perspektivini məhv edən addım kimi qiymətləndirilmişdi.

Yeni səsvermə ABŞ-ın vitse-prezidenti Cey Di Vansın İsraildə səfərdə olduğu vaxta təsadüf edib. Vans çərşənbə axşamı Qəzza sektorunda atəşkəs razılaşmasını möhkəmləndirmək məqsədilə İsrailə gəlib.

Qeyd edək ki, sentyabrın 26-da ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İsrailin Qərb Sahilini ilhaq etməsinə icazə verməyəcək.

Hazırda ifrat sağçı İsrail partiyaları Qərb Sahilindəki yaşayış məntəqələrinə İsrailin inzibati və hüquqi nəzarətini tətbiq etmək məqsədilə fəal təzyiqlər göstərir.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Hakan Fidan #İordan çayının qərb sahili #Şərqi Qüds #Knesset səsverməsi #Türkiyə XİN açıqlaması #ABŞ-ın Yaxın Şərq siyasəti #Yaxın Şərq Sülh Sammiti #Maale Adumim #Avi Maoz #Cey Di Vans #İsrailin Noam ifrat sağçı partiyası

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

19:34

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.