7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Avropa liderləri ABŞ-ın Ukrayna planına qarşı alternativ sülh təşəbbüslərini müzakirə ediblər

Avropanın bir sıra ölkə rəhbərləri şənbə günü Cənubi Afrikada keçirilən G20 sammiti çərçivəsində bir araya gələrək ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq üçün hazırladığı 28 maddəlik sülh planına alternativ təşəbbüsləri müzakirə ediblər.

22 Noyabr 2025 18:25
Avropa liderləri ABŞ-ın Ukrayna planına qarşı alternativ sülh təşəbbüslərini müzakirə ediblər

Bakı,AzerVoice, Orxan Qədirzadə

Avropanın bir sıra ölkə rəhbərləri şənbə günü Cənubi Afrikada keçirilən G20 sammiti çərçivəsində bir araya gələrək ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq üçün hazırladığı 28 maddəlik sülh planına alternativ təşəbbüsləri müzakirə ediblər.

AzerVoice xəbər verir ki, plan Kiyev və Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb, çünki sənədin şərtləri Ukraynanın ərazi güzəştlərinə məcbur edilməsilə Rusiyanın uzun müddətdir irəli sürdüyü tələbləri əks etdirir.

ABŞ tərəfindən təqdim edilən plan Ukraynanın ordusunun sayının məhdudlaşdırılmasını, NATO-ya üzvlüyünün qarşısının alınmasını və Kırım başda olmaqla işğal altındakı ərazilərin Rusiyaya təhvil verilməsini nəzərdə tutur. Rəsmi Kiyev bu yanaşmanı Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

Ukrayna Prezidenti Volodimir Zelenski planı şərh edərkən bildirib ki, ölkə “suveren hüquqlarını müdafiə etməklə ABŞ-ın dəstəyini saxlamaq arasında çətin seçimlə üz-üzə qala bilər." Zelenski həmçinin Holodomor qurbanlarının xatirəsinə həsr olunan anım günündə çıxış edərək Rusiyanın "tarix boyu eyni təcavüzkar siyasəti davam etdirdiyini" deyib.

Avropalı liderlər Vaşinqtonun təşəbbüsünə ehtiyatla yanaşaraq prosesə tam daxil olmaq istədiklərini bildirdilər. Aİ Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib ki, əsas prinsip dəyişməzdir - “Ukrayna haqqında qərarlar Ukraynanın iştirakı olmadan qəbul edilə bilməz.”

Böyük Britaniyanın Baş naziri Keyr Starmer isə Rusiyanın sülh danışıqlarından yalnız vaxt qazanmaq üçün istifadə etdiyini bildirib.

“Ədalətli və davamlı sülh yalnız Ukraynanın suverenliyi qorunmaqla mümkündür.”-o, deyib.

Almaniya Xarici İşlər naziri Yohann Vadeful isə xəbərdarlıq edib ki, “tələskən sülh” Ukraynanın təhlükəsizliyini deyil, Rusiyanın strateji üstünlüyünü möhkəmləndirə bilər.

Ukrayna ordusunun Rusiyanın Samara vilayətindəki neft emalı zavoduna PUA hücumu nəticəsində iki nəfərin öldüyü bildirilir. Rusiya Müdafiə Nazirliyi 69 ukrayna dronunun vurulduğunu açıqlayıb və hücumlar nəticəsində bir neçə hava limanının fəaliyyətinin müvəqqəti məhdudlaşdırıldığını təsdiqləyib.

Analitiklərə görə, ABŞ planı qəbul olunsa, Avropanın təhlükəsizlik arxitekturası ciddi dəyişikliklərlə üzləşə bilər. Ukraynanın NATO xəttindən kənarda saxlanması Avropanın şərq cinahını zəiflədə bilər, Rusiyanın iqtisadi və siyasi reabilitasiyasına yol açılar, kollektiv təhlükəsizlik modelinə etimad azalar.

Məqalədə: #Donald Tramp #NATO #Volodimir Zelenski #G20 #Cənubi Afrika Respublikası #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #ABŞ-Ukrayna münasibətləri #ABŞ Ukrayna gərginliyi 2025 #Ukrayna müharibəsində ABŞ-ın rolu #Rusiya Ukrayna danışıqları #Trampın 28 maddəlik sülh planı #G20 Liderlər Zirvəsi #Trampın Ukrayna planı

Mövzu üzrə digər xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.