Bakı,AzerVoice
İraqın baş naziri Muhəmməd Şia Əl-Sudani OPEC çətiri altında enerji bazarına və neft qiymətlərinə nəzarət etmək üçün Səudiyyə Ərəbistanı ilə işləməyin zəruriliyini vurğulayıb. AzerVoice xəbər verir ki, Sudani bu haqda Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə bildirib.
Əl-Sudani ətraflı şəkildə bildirib ki, enerji bazarına və neft qiymətlərinə nəzarət etmək üçün Səudiyyə Ərəbistanı ilə işləmək regionda və dünyada enerji bazarlarının sabitliyini, həm istehsalçı, həm də istehlakçı ölkələrin maraqlarını təmin edəcək.
Görüşdə İraq və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanları və iki ölkə arasında potensial əməkdaşlıq sahələri müzakirə olunub.
Eyni zamanda Sudanı Səudiyyə Ərəbistanı investorlarını da İraqa dəvət edib.
“ Hal hazırda İraqda geniı investisiya imkanlıarı var və biz qardaş plkəyə bu imkandan yararlanmağı təklif edirik” –deyə o bildirib.