6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan borcunu ödəyib

27 Aprel 2025 21:32
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan borcunu ödəyib

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanı və Qətərin Suriyanın Dünya Bankı Qrupuna olan təxminən 15 milyon dollarlıq borcunu ödəyib.

AzerVoice xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı və Qətərin maliyyə nazirliklərinin verdiyi birgə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, iki ölkə Suriya iqtisadiyyatının bərpasını dəstəkləmək səyləri çərçivəsində Suriyanın Dünya Bankı Qrupuna olan ödənilməmiş borclarını öz üzərinə götürüb.

Bəyanatda bildirilib ki, bu addımın məqsədi Suriyanın beynəlxalq maliyyə sisteminə yenidən inteqrasiyasına töhfə verməkdir .

Bu addım, Dünya Bankı Qrupunun Suriyaya dəstəyini və fəaliyyətlərini 14 ildən sonra yenidən bərpa etməsinə kömək edəcək.

Eyni zamanda, Suriya Dünya Bankından təcili sektorlar üçün maliyyə və texniki dəstək ala biləcək.

Bu resurslar institusional yenidənqurma, potensialın artırılması, siyasət islahatları və inkişaf səylərinin sürətləndirilməsinə töhfə verəcək.

Səudiyyə Ərəbistanı və Qətər beynəlxalq və regional maliyyə qurumlarına çağırış edərək Suriyada inkişaf fəaliyyətlərini təcili olaraq yenidən başlatmağa, səylərini artırmağa və Suriya xalqının gələcək gözləntilərini qarşılayacaq bütün təşəbbüsləri dəstəkləməyə çağırıblar.

Bəyanatda, atılan bu addımların bölgənin sabitliyinə və rifahına töhfə verəcəyi vurğulanıb.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Qətər #Dünya Bankı #Suriya #Suriya iqtisadi inkişafı #Suriya iqtisadiyyatının inkişafı üçün sərmayə

Mövzu üzrə digər xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

19:34
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

10:45
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.