7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

BMT Qəzzaya təcili ərzaq yardımı çağırışı edib

Müraciətdə İsrailin hücumları və blokadası nəticəsində humanitar böhran yaşayan Qəzza zolağında aclığın sürətlə yayıldığını bildirərək,bölgənin bütün əhalisinə ərzaq çatdırmaq üçün yardımın miqyası dərhal artırılmalı olduğunu qeyd edib.

29 İyul 2025 12:53
Baku
BMT Qəzzaya təcili ərzaq yardımı çağırışı edib

Bakı. AzerVoice

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzza zolağına təcili və genişmiqyaslı ərzaq yardımına çağırış edib.

AzerVoice xəbər verir ki, bu barədə ÜƏP-in sosial media platforması X hesabında paylaşdığı yazılı və video müraciətdə məlumat yayıb.

Müraciətdə İsrailin hücumları və blokadası nəticəsində humanitar böhran yaşayan Qəzza zolağında aclığın sürətlə yayıldığını bildirərək,bölgənin bütün əhalisinə ərzaq çatdırmaq üçün yardımın miqyası dərhal artırılmalı olduğunu qeyd edib.

"Ərzaq yardımı yalnız atəşkəsin təmin olunması və yardım karvanlarının sərhədi tez və maneəsiz keçməsi ilə mümkün ola bilər", – deyə bildirilib.

Təşkilat bildirib ki, üç ay ərzində Qəzzada bütün əhalinin ehtiyaclarını qarşılayacaq qədər qida ehtiyatı mövcuddur. Lakin bu ehtiyatların bölgəyə çatdırılması üçün təhlükəsiz və davamlı giriş yollarına ehtiyac var.

Qeyd edək ki, hazırda Qəzza zolağı su, dərman, tibbi avadanlıq və gigiyena məhsullarının ciddi çatışmazlığı ilə üz-üzədir. Beynəlxalq və yerli mənbələrə görə, aclıqdan ölənlərin sayı artmaqdadır. 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada aclıqdan azı 147 nəfər həyatını itirib, onların arasında uşaqların sayı xüsusilə diqqət çəkir.

Məqalədə: #Qəzza #Qəzza zolağı #BMT #BMT Ümumdünya Ərzaq Proqramı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00

Son Xəbərlər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.