5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada hər gün orta hesabla bir sinif dolusu uşaq öldürülür - UNICEF

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) bəyanatına görə, Qəzzada 22 ay ərzində 18 mindən çox uşaq öldürülüb və "Qəzzada hər gün orta hesabla bir sinif dolusu uşaq öldürülür" ifadəsinə yer verilib. UNICEF Qəzzadakı hadisələrlə bağlı X sosial media platformasında rəsmi açıqlama yayıb.

5 Avqust 2025 09:29
Qəzzada hər gün orta hesabla bir sinif dolusu uşaq öldürülür - UNICEF

BAKI, AzerVoice, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) bəyanatına görə, Qəzzada 22 ay ərzində 18 mindən çox uşaq öldürülüb və "Qəzzada hər gün orta hesabla bir sinif dolusu uşaq öldürülür" ifadəsinə yer verilib.

AzerVoice xəbər verir ki, UNICEF Qəzzadakı hadisələrlə bağlı X sosial media platformasında rəsmi açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, uşaqlar bombardman, aclıq, qıtlıq və əsas xidmətlərə çıxışın olmaması səbəbindən həyatlarını itirirlər.

Açıqlamada vurğulanıb ki, hər gün təxminən 28 uşaq, 22 ay ərzində isə 18 mindən çox uşaq öldürülüb.

Açıqlamada həmçinin bildirilib ki, Qəzzadakı uşaqların təcili şəkildə qida, su, dərman və qorunmaya ehtiyacı var.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də başlayan münaqişənin kəskinləşməsi nəticəsində Qəzzada ölənlərin ümumi sayı 60 430 nəfərə çatıb, 148 mindən çox insan isə yaralanıb.

Həmçinin qeyd edək ki, bu il martın 2-dən etibarən Qəzza zolağına beynəlxalq humanitar yardım çatdırılmır. İsrail hakimiyyətinin qərarına əsasən, bütün nəzarət-buraxılış məntəqələri bağlanıb. Ərzaq paylanması isə İsrail və ABŞ-ın nəzarətində olan “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə həyata keçirilir.

Yanvar ayında əldə edilmiş atəşkəsə baxmayaraq, mart ayında İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən bir neçə danışıqlar raundunda tərəflər yeni razılaşma şərtləri üzərində razılaşa bilməyiblər.

Məqalədə: #Qəzza #Qəzza zolağı #UNICEF #aclıq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #UNICEF uşaq hesabatı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.