7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 61 min nəfəri keçib

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 54 nəfər artaraq 61 min 776 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən can itkiləri və yaralılarla bağlı son məlumatlar paylaşılıb. Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 54 nəfərin meyiti və 831 yaralı gətirildiyi bildirilib.

14 Avqust 2025 15:00
Qəzzada ölənlərin sayı 61 min nəfəri keçib

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 54 nəfər artaraq 61 min 776 nəfərə çatıb.

AzerVoice xəbər verir ki,Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən can itkiləri və yaralılarla bağlı son məlumatlar paylaşılıb.

Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 54 nəfərin meyiti və 831 yaralı gətirildiyi bildirilib.

İsrail ordusunun, 19 yanvarda əldə edilmiş atəşkəsi pozaraq 18 martdan etibarən həyata keçirdiyi hücumlarda 10 min 251 fələstinlinin həyatını itirdiyi, 42 min 865 nəfərin isə yaralandığı qeyd olunub.

Qəzzədə İsrail və ABŞ tərəfindən idarə edilən guya yardım məntəqələrində fələstinlilərin hədəf alındığı sistematik hücumlarda 27 maydan bu yana min 881 nəfər ölüb, 13 min 863 nəfər isə yaralanıb.

İsrailin aclığı alətə çevirdiyi Qəzza zolağında son 24 saatda 4 fələstinli aclıqdan dünyasını dəyişib. Aclıqdan ölənlərin ümumi sayı 106-sı uşaq olmaqla 239 nəfərə yüksəlib.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzzəyə həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin ümumi sayı 61 min 776 nəfər, yaralananların sayı isə 154 min 906 nəfər olaraq qeyd olunur.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.

Məqalədə: #Fələstin #Qəzza zolağı #Fələstin Səhiyyə Nazirliyi #fələstin bayrağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Fələstin məsələsi #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #ABŞ-ın fələstinliləri köçürmə planının rəddi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
ArabShow

Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib

11:12
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.