7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livan Netanyahunun Böyük İsrail bəyanatlarını rədd edir

Livanın baş naziri Navaf Salam İsrailin baş naziri Benyamin Netanyahunun qondarma “Böyük İsrail” bəyanatlarını rədd edib və bu açıqlamaların ərəb ölkələrinin milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu bildirib. Əmmanda İordaniya kralı II Abdullah və hökumət rəsmiləri ilə görüşən Salam qeyd edib ki, Livan digər ərəb və islam ölkələri ilə birlikdə Netanyahunun “Böyük İsrail” planını qətiyyətlə rədd edir. Onun sözlərinə görə, İsrailin bəyanatları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Baş nazir həmçinin Qəzzada davam edən zorakılıqları, məcburi köçkün siyasətini və fələstinlilərə qarşı qətliamları pisləyərək, beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa çağırıb. İordaniya kralı II Abdullah isə görüş zamanı Livanın təhlükəsizliyi və suverenliyinin qorunmasında dəstəyini ifadə edib, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

20 Avqust 2025 10:40
Livan  Netanyahunun Böyük İsrail bəyanatlarını rədd edir

BAKI, AzerVoice, Nərmin Ağayeva

Livan baş naziri Netanyahunun "Böyük İsrail" bəyanatlarını rədd edib.

AzerVoice xəbər verir ki, Livanın baş naziri Navaf Salam İsrailin baş naziri Benyamin Netanyahunun qondarma “Böyük İsrail” bəyanatlarını rədd edib və bu açıqlamaların ərəb ölkələrinin milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu bildirib.

Əmmanda İordaniya kralı II Abdullah və hökumət rəsmiləri ilə görüşən Salam qeyd edib ki, Livan digər ərəb və islam ölkələri ilə birlikdə Netanyahunun “Böyük İsrail” planını qətiyyətlə rədd edir. Onun sözlərinə görə, İsrailin bəyanatları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Baş nazir həmçinin Qəzzada davam edən zorakılıqları, məcburi köçkün siyasətini və fələstinlilərə qarşı qətliamları pisləyərək, beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa çağırıb.

İordaniya kralı II Abdullah isə görüş zamanı Livanın təhlükəsizliyi və suverenliyinin qorunmasında dəstəyini ifadə edib, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, avqustun 13-də İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich işğal olunmuş Şərqi Qüdsdə “E1” məskunlaşma layihəsinin təsdiqini planlaşdırdıqlarını açıqlayıb. Netanyahu isə həmin bəyanatdan sonra tarixi və mənəvi missiya olaraq işğal olunmuş əraziləri də əhatə edən “Böyük İsrail” vizyonuna sadiq olduğunu bildirib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Livan #İordaniya #Livan xəbərləri #Qəzza hücumu #İsrail və Livan münaqişəsi #Qəzza münaqişəsi #Livan-İsrail münasibətləri #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.