7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzadaki səhiyyə fəlakəti nəsillər boyu davam edəcək - ÜST baş direktoru

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus xəbərdarlıq edib ki, Qəzza zolağı “nəsillər boyu davam edəcək” miqyasda səhiyyə fəlakəti yaşayır. Tedros “BBC” telekanalına açıqlamasında bildirib ki, Qəzza əhalisinin mürəkkəb ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların miqyası kəskin şəkildə artırılmalıdır. O, Qəzzada atəşkəsin əldə edilməsini alqışlasa da, atəşkəsdən sonra artan yardımın hələ də səhiyyə sisteminin bərpası üçün kifayət etmədiyini vurğulayıb.

22 Oktyabr 2025 13:48
Qəzzadaki səhiyyə fəlakəti nəsillər boyu davam edəcək - ÜST baş direktoru

BAKI, AzerVoice, Nailə Babazadə

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus xəbərdarlıq edib ki, Qəzza zolağı “nəsillər boyu davam edəcək” miqyasda səhiyyə fəlakəti yaşayır.

AzerVoice xəbər verir ki, Tedros “BBC” telekanalına açıqlamasında bildirib ki, Qəzza əhalisinin mürəkkəb ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların miqyası kəskin şəkildə artırılmalıdır.

O, Qəzzada atəşkəsin əldə edilməsini alqışlasa da, atəşkəsdən sonra artan yardımın hələ də səhiyyə sisteminin bərpası üçün kifayət etmədiyini vurğulayıb.

Tedrosun sözlərinə görə, Qəzza sakinləri aclq, ağır yaralanmalar, dağılmış səhiyyə sistemi və içməli su infrastrukturunun dağıdılması nəticəsində yayılan xəstəliklər kimi çoxsaylı fəlakətlərlə üz-üzədirlər.

“Bundan əlavə, humanitar yardımın çatdırılmasına məhdudiyyətlər var. Bu, tamamilə dağıdıcı bir vəziyyətdir və vəziyyəti təsəvvürəgəlməz dərəcədə fəlakətli edir,” - deyə ÜST rəhbəri bildirib.

O əlavə edib ki, aclıq və psixoloji sağlamlıq böhranı birlikdə uzunmüddətli humanitar böhrana səbəb olacaq.

“Əgər aclığı, Qəzzada artıq geniş yayılan psixi sağlamlıq böhranı ilə birlikdə nəzərdən salsaq, qarşımızda nəsillər boyu davam edəcək bir fəlakət görərik.”-deyə o qeyd edib.

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) məlumat verib ki, 10 oktyabrdan bəri 6 700 tondan çox ərzaq daşıyan yük maşınları Qəzzaya daxil olub, lakin bu göstərici hələ də gündəlik 2 000 ton məqsədindən çox aşağıdır.

Tedrosun sözlərinə görə, Qəzzaya gündə ən azı 600 yardım maşını daxil olmalıdır, halbuki hazırda bu rəqəm 200–300 arasında dəyişir.

ÜST rəhbəri İsraili yardımın çatdırılmasına heç bir şərt qoymamağa çağırıb və humanitar yardımın “genişmiqyaslı münaqişədən ayrılması” zərurətini vurğulayıb.

O bildirib ki, mövcud bütün sərhəd keçidlərinin açıq qalması, həmçinin daha əvvəl qeydiyyatı rədd edilən beynəlxalq yardım təşkilatlarının Qəzzəyə qayıtmasına icazə verilməsi vacibdir.

“Əgər yerli icra imkanına malik olanlar sahədə iştirak edə bilmirsə, genişmiqyaslı cavab tədbiri mümkün deyil,” - deyə Tedros qeyd edib.

Tedros əlavə edib ki, Qəzzanın səhiyyə sistemini bərpa etmək üçün nəzərdə tutulan tibbi avadanlıq və materiallar sərhəddə müsadirə edilir, çünki İsrail tərəfi onların “hərbi məqsədlərlə istifadə oluna biləcəyi” iddiasını irəli sürür.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.