13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ, Suriya Prezidenti Əhməd Şəraa sanksiya siyahısından çıxardı

ABŞ, Suriya Prezidenti Əhməd Əş-Şəraanı sanksiya siyahısından çıxardığını elan edib. ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqott açıqlamasında Dövlət Katibi Marko Rubionun Suriya Prezidenti Əhməd Əş-Şəraanı siyahıdan çıxardığını bildirib. Piqott bu qərarın “Suriyanın yeni bir dövrə keçidini tanıyan güclü siyasi mesaj” daşıdığını vurğulayıb. ABŞ Maliyyə Nazirliyinin də Suriya Daxili İşlər Naziri Ənəs Hattabı sanksiya siyahısından çıxardığı bildirilib.

8 Noyabr 2025 09:42
ABŞ, Suriya Prezidenti Əhməd Şəraa sanksiya siyahısından çıxardı

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ, Suriya Prezidenti Əhməd Əş-Şəraanı sanksiya siyahısından çıxardığını elan edib.

AzerVoice xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqott açıqlamasında Dövlət Katibi Marko Rubionun Suriya Prezidenti Əhməd Əş-Şəraanı siyahıdan çıxardığını bildirib.

Piqott bu qərarın “Suriyanın yeni bir dövrə keçidini tanıyan güclü siyasi mesaj” daşıdığını vurğulayıb.

ABŞ Maliyyə Nazirliyinin də Suriya Daxili İşlər Naziri Ənəs Hattabı sanksiya siyahısından çıxardığı bildirilib.

“Bu addımlar Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Suriya rəhbərliyinin göstərdiyi irəliləyişi qiymətləndirmək məqsədilə atılıb. Prezident Şəraanın rəhbərlik etdiyi yeni Suriya hökuməti, itkin düşmüş amerikalıların tapılması, terror və narkotiklərlə mübarizə öhdəliklərinin yerinə yetirilməsi, kimyəvi silahların aradan qaldırılması, regional təhlükəsizlik və sabitliyin təşviqi, eləcə də Suriyanın rəhbərliyində və onun dəstəyi ilə aparılan inklüziv siyasi prosesi dəstəkləmək üçün ciddi səylər göstərir.” - deyə Piqott qeyd edib.

Piqott həmçinin ABŞ-ın Suriya xalqının sülh, sabitlik və yenidənqurma səylərinə dəstəyini davam etdirəcəyini bildirib.

BMT Təhlükəsizlik Şurası 6 noyabrda Suriya Prezidenti Şəraa və Hattaba qarşı tətbiq olunan sanksiyaların ləğvini tələb edən qətnaməni qəbul etmişdi.

Məqalədə: #Suriya #ABŞ Dövlət Departamenti #Əhməd Şəraa #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya müxalifəti #Suriya inqilabı #Əhməd əş-Şəraa siyasəti

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46

Son Xəbərlər

13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.