13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

Suriya Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi, səfir İbrahim Ulabi işğal altındakı Qolan Təpələrinin Suriya torpağı olduğunu və ölkəsinin buranın tamamını İsraildən geri almaq hüququna malik olduğunu açıqlayıb. Suriya dövlət televiziyası El-İhbariye-nin xəbərinə görə, Ulabi hər iki tərəfin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq məqsədilə Suriya və İsrail arasında aparılan danışıqların ABŞ Prezidenti Donald Trampın müşahidəsi altında keçdiyini bildirib.

3 Dekabr 2025 10:35
Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

BAKI, AzerVoice, Nailə Babazadə

Suriya Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi, səfir İbrahim Ulabi işğal altındakı Colan Təpələrinin Suriya torpağı olduğunu və ölkəsinin buranın tamamını İsraildən geri almaq hüququna malik olduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, Suriya dövlət televiziyası El-İhbariye-nin xəbərinə görə, Ulabi hər iki tərəfin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq məqsədilə Suriya və İsrail arasında aparılan danışıqların ABŞ Prezidenti Donald Trampın müşahidəsi altında keçdiyini bildirib.

Səfir qeyd edib ki, İsraillə aparılan görüşlərdə Colan Təpələrinin gələcəyi heç bir şəkildə müzakirə olunmayıb və Suriya barışçıl və diplomatik yolları prioritet olaraq saxlayır.

“Colan Təpələri Suriya torpağıdır və ölkəmiz onun tamamını İsraildən geri almaq haqqına malikdir.” - deyə Ulabi qeyd edib.

Tarixi kontekstdə qeyd olunur ki, İsrail 1967-ci ildəki 6 Gün müharibə zamanı Fələstinlilər tərəfindən “Nekse” (Torpaq itkisi günü) adlandırılan əraziləri — Colan Təpələri, Qərb Sahili, Şərqi Qüds, Qəzza və Misirin Sina yarımadasını işğal etmişdi. Həmin dövrdə İsrail həmçinin Misirin nəzarətində olan Tiran və Sanafir adalarını ələ keçirmişdi.

Colan Təpələri Suriya paytaxtı Dəməşqə 60 kilometr məsafədə, Kuneytra şəhərində yerləşir. Kuneytra İsrailin 1973-cü il Ərəb-İsrail savaşında tamamilə dağıtdığı şəhər mərkəzi ilə Fik şəhərindən ibarətdir.

Suriya 1973-cü ildə Misir və digər ərəb ölkələrinin də iştirakı ilə 1967-ci ildə işğal edilmiş torpaqları geri qaytarmaq məqsədilə hərbi əməliyyat başlatmış, lakin “Oktyabr Savaşı” olaraq bilinən bu cəhd uğursuz olmuşdu.

1974-cü ildə İsrail və Suriya Qolan Təpələrində qüvvələrini geri çəkərək hərbi qarşıdurmaya son qoymağa razılaşdı və həmin il bölgəyə sülhməramlı qüvvələr yerləşdirildi.

Bununla belə, İsrail Qolan Təpələri bir tərəfli olaraq ilhaq etdiyini açıqlasa da, beynəlxalq ictimaiyyət bu qərarı hələ də tanımayıb.

Məqalədə: #Fələstin #BMT #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya əməliyyatları #Suriyada hərbi əməliyyatlar 2025 #Suriya inqilabı #Qərbi Şəriə

Mövzu üzrə digər xəbərlər

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01

Son Xəbərlər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.