7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Avroviziyadan kənarlaşdırıla bilər

Avropa Yayım İttifaqı (EBU) bu gün Cenevrədə təcili iclas keçirərək İsrailin gələn il “Avroviziya” musiqi müsabiqəsində iştirakını müzakirə edəcək. Bir sıra ölkələrin Qəzza müharibəsinə görə İsraili boykot tələbi ilə çıxış etməsi, hətta müsabiqədən imtina edəcəklərini bildirməsi məsələni gündəmin əsas mövzularından birinə çevirib.

5 Dekabr 2025 09:00
İsrail Avroviziyadan kənarlaşdırıla bilər

BAKI,AzerVoice, Orxan Qədirzadə

Avropa Yayım İttifaqı (EBU) bu gün Cenevrədə təcili iclas keçirərək İsrailin gələn il “Avroviziya” musiqi müsabiqəsində iştirakını müzakirə edəcək.

AzerVoice xəbər verir ki, bir sıra ölkələrin Qəzza müharibəsinə görə İsraili boykot tələbi ilə çıxış etməsi, hətta müsabiqədən imtina edəcəklərini bildirməsi məsələni gündəmin əsas mövzularından birinə çevirib.

EBU üzvləri iclasda həmçinin hökumətlər və üçüncü tərəflər tərəfindən sənətçilərə qeyri-qanuni dəstəyin qarşısını almağa yönəlmiş yeni qaydaları müzakirə edəcək. Bu addım İsrailin builki iştirakçısına həddindən artıq dəstək göstərməsi ilə bağlı iddialardan sonra atılıb. İsrail iddialara rəsmi cavab verməsə də, özünə qarşı “qara piar kampaniyasının aparıldığını” bildirir.

Müsabiqə üzrə ekspert Pol Cordan vəziyyəti “Avroviziyanın dönüş nöqtəsi” kimi qiymətləndirərək, Sloveniya, İrlandiya, İspaniya və Niderlandın EBU-ya təzyiq etdiyini, İsrailin iştirakına icazə veriləcəyi halda yarışmanı boykot edəcəklərini bəyan etdiyini bildirib. Qeyd edək ki, 2026-cı ildə müsabiqə Avstriyada keçiriləcək.

Digər tərəfdən, Almaniyanın dövlət mədəniyyət naziri Volfram Vaymer, əksinə olaraq, "İsrail yarışmadan kənarlaşdırılarsa, Almaniya da iştirak etməməlidir” deyərək mövqeyini açıqlayıb.

Almaniyanın ARD telekanalı vəziyyəti şərh etməkdən imtina edib. Yarışmaya ev sahibliyi edəcək Avstriya isə İsrailin iştirakının tərəfdarı olduğunu bildirib.

Məqalədə: #İsrailin Avroviziyadan kənarlaşdırılması EBU-da müzakirə olunur #Bir neçə ölkə boykot təhdidi ilə çıxış etdi – Avroviziyada böhran dərinləşir #Avstriya və Almaniya İsrailin iştirakına dair fərqli mövqe nümayiş etdirir #Israel faces possible exclusion from Eurovision as EBU convenes urgent session #Several countries threaten boycott if Israel remains in the competition #Germany and Austria clash over stance on Israel’s participation #EBU İsrailin Avroviziyadan kənarlaşdırılmasını təcili müzakirə edir #Avropa ölkələri boykotla hədələyir – müsabiqə böhranla üz-üzə #Almaniya və Avstriya İsrailin iştirakına dair zidd mövqelər sərgiləyir

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

6 Sentyabr 08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.