4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

ABŞ-nin Suriyaya qarşı Sezar Qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaları ləğv etməsi Türkiyə tərəfindən müsbət qarşılanıb. Rəsmi Ankaradan qərarla bağlı ardıcıl açıqlamalar verilib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli ABŞ-nin Sezar Qanunu çərçivəsində sanksiyaları aradan qaldırmasına dair sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu addım Suriyanın yenidən qurulması və inkişafı üçün beynəlxalq əməkdaşlığı daha da təşviq edərək ölkədə sabitlik, təhlükəsizlik və rifahın möhkəmlənməsinə töhfə verə bilər.

19 Dekabr 2025 19:56
Sezar Qanununun ləğvi regional sülhə töhfədir - Türkiyə

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-nin Suriyaya qarşı Sezar Qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaları ləğv etməsi Türkiyə tərəfindən müsbət qarşılanıb. Rəsmi Ankaradan qərarla bağlı ardıcıl açıqlamalar verilib.

AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli ABŞ-nin Sezar Qanunu çərçivəsində sanksiyaları aradan qaldırmasına dair sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu addım Suriyanın yenidən qurulması və inkişafı üçün beynəlxalq əməkdaşlığı daha da təşviq edərək ölkədə sabitlik, təhlükəsizlik və rifahın möhkəmlənməsinə töhfə verə bilər.

AK Parti sözçüsü və sədr müavini Ömer Çelik də qərarı müsbət qiymətləndirib. O qeyd edib ki, Suriyanın birliyi, ərazi bütövlüyü və sabitliyi Türkiyə və region üçün mühüm əhəmiyyət daşıyır. Çelik vurğulayıb ki, ABŞ-nin Sezar Qanunu çərçivəsində sanksiyaları ləğv etməsi regional sülhə töhfə verən addımdır.

Qeyd edək ki, ABŞ Konqresində qəbul edilən və 901 milyard ABŞ dolları həcmində müdafiə xərclərini əhatə edən Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) Prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minib. Qanunda, Bəşər Əsəd dövründə Suriyaya tətbiq edilən və 2019-cu ildə qüvvəyə minmiş Sezar Qanunu çərçivəsində sanksiyaların ləğvi nəzərdə tutulur. Sözügedən sanksiyalar Suriyanın beynəlxalq bankçılıq sisteminə çıxışını ciddi şəkildə məhdudlaşdırmışdı.

Yeni qanun çərçivəsində Ukraynaya 800 milyon ABŞ dolları, İsrailin “Dəmir Qübbə” daxil olmaqla raketdən müdafiə layihələrinə 600 milyon ABŞ dolları, Tayvanla təhlükəsizlik əməkdaşlığı təşəbbüslərinə isə 1 milyard ABŞ dolları ayrılması da təsdiqlənib.

Məqalədə: #ABŞ Sezar Qanunu çərçivəsində Suriya sanksiyalarını ləğv etdi #Türkiyə qərarı alqışladı #Ankara ABŞ-nin Suriya ilə bağlı qərarını müsbət qiymətləndirdi #Türkiyə: Sezar Qanununun ləğvi regional sülhə töhfədir #ABŞ-nin Suriya qərarına Ankaradan ilk reaksiyalar #Sezar Qanununun ləğvi Suriyanın gələcəyi üçün nə vəd edir? #ABŞ Suriyaya qarşı Sezar Qanunu sanksiyalarını ləğv etdi #Türkiyə ABŞ-nin Suriya sanksiyaları qərarını necə qiymətləndirir #Türkiyədən ABŞ-nin Suriya qərarına ardıcıl açıqlamalar #Ankara: Suriya üçün atılan hər addım regional sabitliyə xidmət edir #ABŞ-nin Suriya sanksiyalarını ləğv etməsinə Türkiyədən müsbət reaksiya

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.