7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail XİN rəhbəri Qərb ölkələrində yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb

İsrailin xarici işlər naziri Gideon Saar Qərb ölkələrində antisemitizmin artması fonunda yəhudiləri İsrailə köçməyə çağırıb. Saar bu çağırışı yəhudi Hanukka bayramının son günü münasibətilə keçirilən mərasimdə səsləndirib. Onun sözlərinə görə, yəhudilərin bütün dünyada təhlükəsiz yaşamaq hüququ olsa da, mövcud vəziyyət ciddi narahatlıq doğurur. Nazir bildirib ki, antisemitizmin artması yəhudilərin təhlükəsizliyinə birbaşa təhdid yaradır və tarixi təcrübə bu cür proseslərin nəticələrini açıq şəkildə göstərir. O, İngiltərə, Fransa, Avstraliya, Kanada və Belçikada yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb.

22 Dekabr 2025 20:38
İsrail XİN rəhbəri Qərb ölkələrində yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrailin xarici işlər naziri Gideon Saar Qərb ölkələrində antisemitizmin artması fonunda yəhudiləri İsrailə köçməyə çağırıb.

AzerVoice-un məlumatına görə, Saar bu çağırışı yəhudi Hanukka bayramının son günü münasibətilə keçirilən mərasimdə səsləndirib. Onun sözlərinə görə, yəhudilərin bütün dünyada təhlükəsiz yaşamaq hüququ olsa da, mövcud vəziyyət ciddi narahatlıq doğurur.

Nazir bildirib ki, antisemitizmin artması yəhudilərin təhlükəsizliyinə birbaşa təhdid yaradır və tarixi təcrübə bu cür proseslərin nəticələrini açıq şəkildə göstərir. O, İngiltərə, Fransa, Avstraliya, Kanada və Belçikada yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb.

Bu bəyanat Avstraliyanın Sidney şəhərində yəhudi icmasının tədbiri zamanı baş verən silahlı hücumdan bir həftə sonra səsləndirilib. Avstraliya rəsmiləri dekabrın 14-də Bondi çimərliyində keçirilən Hanukka tədbirinə hücumun İŞİD ideologiyasından ilhamlandığını açıqlayıblar.

Qeyd edək ki, Qəzza zolağında müharibənin başlamasından sonra İsrail rəsmiləri Qərb ölkələrində antisemitizm hallarının artdığını bildirir və bu ölkələrin hökumətlərini yəhudi icmalarının təhlükəsizliyini təmin etmək üçün yetərli addımlar atmamaqda ittiham edirlər.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da Qərb ölkələrini yəhudi icmalarının təhlükəsizliyini gücləndirməyə çağırıb. O, hökumətlərin antisemitizmə qarşı daha sərt tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, İsrailin 1950-ci ildə qəbul edilmiş “Qayıdış Qanunu”na əsasən, dünyadakı bütün yəhudilər, eləcə də ən azı bir yəhudi nənə və ya babası olan şəxslər İsrailə köçərək vətəndaşlıq əldə etmək hüququna malikdirlər.

Məqalədə: #İsrail antisemitizmin artması fonunda yəhudilərə köç çağırışı edib #Saar: Qərb ölkələrində yəhudilər təhlükə altındadır #İsrail rəsmisi Qərbdə antisemitizmə diqqət çəkib #İsrail yəhudi icmalarını evə qayıtmağa çağırır #Qərbdə antisemitizm halları #yəhudi icmalarının təhlükəsizliyi #İsrailə köç çağırışı #Qayıdış Qanunu #İsrail vətəndaşlığı #dini tədbirə hücum #İŞİD ideologiyası #Qərb hökumətlərinin məsuliyyəti #İsrail yəhudiləri niyə ölkəyə köçməyə çağırır #Qərb ölkələrində antisemitizm niyə artır #Sidney yəhudi tədbirinə hücumun səbəbi #İsrailin Qayıdış Qanunu nədir #yəhudi icmalarının təhlükəsizliyi ilə bağlı çağırış

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir

13:51
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraq

İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək

13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.