8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Həmd bin Cəssim İrana zərbə riskinə qarşı xəbərdarlıq edib

Qətərin sabiq baş naziri və xarici işlər naziri Həmd bin Cəssim bin Cabir Al Sani ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurmanın region üçün ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, Vaşinqton və Tehran arasında ciddi və qısa danışıqların vacibliyini vurğulayaraq, hərbi eskalasiyanın Yaxın Şərqin sabitliyini təhlükə altına atacağını bildirib. Sabiq baş nazir İran daxilində sabitliyin pozulmasının nəticələri bəlli olmayan xaosa yol aça biləcəyini qeyd edib. Açıqlama regional gərginliyin artdığı bir dövrdə yayımlanaraq sosial şəbəkələrdə geniş və ziddiyyətli müzakirələrə səbəb olub.

14 Yanvar 2026 16:38
Həmd bin Cəssim İrana zərbə riskinə qarşı xəbərdarlıq edib

BAKI, AzerVoice

Qətərin sabiq baş naziri və xarici işlər naziri Həmd bin Cəssim bin Cabir Al Sani ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurmanın region üçün ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada Vaşinqton və Tehran arasında “ciddi və qısa” danışıqların aparılmasının vacibliyini vurğulayaraq, İrana qarşı hərbi addımın nə ABŞ-ın regiondakı müttəfiqlərinin, nə də Yaxın Şərqin sabitliyinin xeyrinə olmayacağını bildirib. Sabiq baş nazir İran daxilində sabitliyin pozulmasının “nəticələri bəlli olmayan xaosa” yol aça biləcəyini qeyd edib.

Həmd bin Cəssim, Tehranla dərin fikir ayrılıqlarına baxmayaraq, dialoqun yeganə çıxış yolu olduğunu bildirib və ABŞ administrasiyasını danışıqlar masasına qaytarmaq üçün vahid Körfəz mövqeyinin formalaşdırılmasına çağırıb.

Açıqlama regional gərginliyin artdığı bir vaxta təsadüf edib. İran daxilində geniş etiraz aksiyaları davam etdiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp administrasiyası “maksimum təzyiq” siyasətini və mümkün hərbi variantları gündəmdə saxlayır.

Müşahidəçilərin fikrincə, bu mövqe Körfəz ölkələrinin bir hissəsində İran rejiminin çökməsinin regionda təhlükəsizlik və iqtisadi baxımdan ciddi sarsıntılara səbəb ola biləcəyi ilə bağlı narahatlıqları əks etdirir.

Paylaşım sosial şəbəkələrdə ziddiyyətli reaksiyalar doğurub. Bəzi istifadəçilər dialoqun müharibənin qarşısını almağın yeganə yolu olduğunu bildirərək mövqeni dəstəkləyib. Digərləri isə açıqlamanı Tehrandakı rejimə dolayı dəstək kimi qiymətləndirərək kəskin tənqid edib.

İraqlı, suriyalı və yəmənli fəallar Qətərin regiondakı əvvəlki siyasətini xatırladaraq, bu mövqeni “İran rejiminin müdafiəsi” kimi dəyərləndiriblər. Digər tərəfdən, bəzi şərhçilər hərbi eskalasiyanın bütün region üçün təhlükəsizlik və iqtisadi böhran yaradacağı barədə xəbərdarlıq edərək açıqlamanı realist yanaşma adlandırıblar.

Analitiklər qeyd edirlər ki, Həmd bin Cəssimin regional mövzularla bağlı açıqlamaları rəsmi vəzifə daşımamasına baxmayaraq, tez-tez Qətərin qeyri-rəsmi diplomatik mesajları kimi qəbul olunur və ərəb ictimai rəyində geniş müzakirələrə səbəb olur.

Məqalədə: #İran #ABŞ #Qətər #Donald Tramp #Tehran #Vaşinqton #Körfəz ölkələri #Həmd bin Cəssim bin Cabir Al Sani

Mövzu üzrə digər xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən

Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı

07:01

Son Xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.