7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İraqda prezident seçkisi təxirə salındı

İraq parlamenti ölkənin yeni prezidentinin seçilməsi prosesini təxirə salıb. Bu qərar İraqın Kürd adminstrasiyası və İraq Kürd Yurdsevərlər İttifaqı arasında prezident postuna namizəd məsələsində razılığın əldə olunmaması ilə bağlı verilib. İraq Xəbər Agentliyinin məlumatına görə, çərşənbə axşamı keçirilməsi planlaşdırılan səsvermə hər iki İraq Kürd adminstrasiyasının müraciəti əsasında daha geniş məsləhətləşmələr aparılması məqsədilə ertələnib.

27 Yanvar 2026 21:33
İraqda prezident seçkisi təxirə salındı
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

İraq parlamenti ölkənin yeni prezidentinin seçilməsi prosesini təxirə salıb.

AzerVoice xəbər verir ki, bu qərar İraqın Kürd adminstrasiyası və İraq Kürd Yurdsevərlər İttifaqı arasında prezident postuna namizəd məsələsində razılığın əldə olunmaması ilə bağlı verilib. İraq Xəbər Agentliyinin məlumatına görə, çərşənbə axşamı keçirilməsi planlaşdırılan səsvermə hər iki kürd qrupunun müraciəti əsasında daha geniş məsləhətləşmələr aparılması məqsədilə ertələnib.

İraqda mövcud olan kvota sisteminə əsasən, baş nazir postu şiə, parlament sədri sünni, əsasən simvolik səlahiyyətlərə malik prezident vəzifəsi isə kürdlərə məxsusdur. Adətən, İraq kürdləri arasında əldə olunan razılaşmaya görə prezident İraq Kürd Yurdsevərlər İttifaqından, muxtar Kürd regionunun prezidenti isə İraqın Kürd adminstrasiyasından seçilir.

Lakin bu dəfə İraq Kürd adminstrasiyası xarici işlər naziri Fuad Hüseynin namizədliyini irəli sürüb. Bu isə ənənəvi bölgünü pozaraq tərəflər arasında fikir ayrılığını dərinləşdirib. Məsələ ilə bağlı Bağdaddan məlumat verən mənbələr bildirir ki, istənilən halda prezident postuna namizədin təsdiqlənməsi üçün parlamentdəki şiə və sünni blokların dəstəyi də zəruridir.

Prezident seçildikdən sonra o, 15 gün ərzində baş nazir təyin etməlidir. Hazırda bu posta əsas namizəd kimi keçmiş baş nazir Nuri əl-Malikinin adı çəkilir. Şiə partiyalarından ibarət Koordinasiya Çərçivəsi alyansı artıq Malikini dəstəklədiyini açıqlayıb.

Bununla yanaşı, ABŞ dövlət katibi Marko Rubio İraqda İrana yaxın hökumətin formalaşdırılmasına qarşı xəbərdarlıq edib. Mənbələrin bildirdiyinə görə, Vaşinqton İraq rəhbərliyinə göndərdiyi məktubda Malikinin əvvəlki hökumətlərinə mənfi yanaşdığını çatdırıb. Buna baxmayaraq, şiə alyansı Malikinin ABŞ-ın narahatlıqlarını aradan qaldıra biləcəyinə inanaraq seçimindən geri çəkilməyib.

Qeyd edək ki, İraq uzun illərdir ABŞ və İran arasında geosiyasi rəqabətin əsas meydanlarından biri hesab olunur və ölkədə formalaşan hər bir hökumət bu iki güc arasında həssas balansı qorumağa çalışır.

İraq prezident seçkisi, kürd partiyaları razılaşma, KDP PUK böhranı, Fuad Hüseyn namizədliyi, İraq parlamenti səsvermə, Nuri əl-Maliki baş nazir, ABŞ İran İraq rəqabəti, Bağdad siyasi qeyri-müəyyənlik, İraq hakimiyyət bölgüsü, Yaxın Şərq siyasəti, Iraq presidential election delay, Kurdish parties dispute, Fuad Hussein candidacy, Baghdad politics, Выборы президента Ирака, курдские партии конфликт, Багдад политика, الانتخابات الرئاسية العراقية, الخلافات الكردية, السياسة في بغداد, イラク 大統領 選挙 延期, クルド 政党 対立, 이라크 대통령 선거 연기, 쿠르드 정당 갈등

Məqalədə: #İraqda prezident seçkisi təxirə salındı #Kürd partiyaları prezident namizədi üzərində razılığa gələ bilmir #Bağdadda siyasi qeyri-müəyyənlik dərinləşir #İraq prezident seçkisi kürd böhranına görə ertələndi #Fuad Hüseynin namizədliyi İraqda gərginlik yaratdı #ABŞ və İran fonunda İraqda hakimiyyət mübarizəsi #Irak’ta cumhurbaşkanlığı seçimi ertelendi #Kürt partileri aday konusunda anlaşamadı #Bağdat’ta siyasi belirsizlik sürüyor #Irak’ta Kürt krizi seçimleri geciktirdi #Fuad Hüseyin’in adaylığı tartışma yarattı #ABD ve İran gölgesinde Irak siyaseti

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

6 Sentyabr 08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.