9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

Suriya təhlükəsizlik qüvvələri bazar ertəsi Həsəkə şəhərinə daxil olub. Bu addım SDQ-yə məxsus mülki və hərbi strukturların dövlət çərçivəsində birləşdirilməsini nəzərdə tutan razılaşmanın icrası kimi qiymətləndirilir. Şahidlərin bildirdiyinə görə, zirehli texnika və hərbi avtomobillərdən ibarət kolon şəhərə SDQ-yə məxsus təhlükəsizlik postundan keçərək daxil olub, yol kənarında toplaşan sakinlər isə Suriya bayraqları qaldırıb.

2 Fevral 2026 22:55
Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Suriya hökumət qüvvələri ölkənin şimal-şərqində yerləşən Həsəkə şəhərində nəzarəti mərhələli şəkildə bərpa etməyə başlayıb.

AzerVoice xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri bazar ertəsi Həsəkə şəhərinə daxil olub. Bu addım SDQ-yə məxsus mülki və hərbi strukturların dövlət çərçivəsində birləşdirilməsini nəzərdə tutan razılaşmanın icrası kimi qiymətləndirilir. Şahidlərin bildirdiyinə görə, zirehli texnika və hərbi avtomobillərdən ibarət kolon şəhərə SDQ-yə məxsus təhlükəsizlik postundan keçərək daxil olub, yol kənarında toplaşan sakinlər isə Suriya bayraqları qaldırıb.

Həsəkə vilayətinin daxili təhlükəsizlik rəisi, briqada generalı Mərvan əl-Əli qüvvələrə tapşırıqlar verərək əməliyyatların mövcud planlara uyğun, qanun və qaydalara tam riayət olunmaqla aparılmasını, ictimai asayişin və vətəndaşların əmlakının qorunmasını tələb edib.

Qeyd olunur ki, ötən cümə günü Dəməşq hakimiyyəti ilə SDQ arasında “ümumi razılaşma” əldə olunub. Sənədə əsasən, SDQ strukturlarının mülki və hərbi institutları tədricən Suriya dövlətinə inteqrasiya ediləcək. Razılaşma son həftələrdə tərəflər arasında baş verən toqquşmalardan sonra Dəməşqin ölkənin şimal və şərqində geniş ərazilərə nəzarəti bərpa etməsi fonunda imzalanıb.

Bununla paralel olaraq Suriya Neft Şirkəti Həsəkənin cənubunda yerləşən Cəbsa qaz yatağında qaz turbinlərinin yenidən işə salındığını açıqlayıb. Bildirilib ki, aparılan təmir-bərpa işlərindən sonra istehsal prosesi dəstəklənir və yatağın əməliyyat hazırlığı artırılır. Yanvar ayının sonunda hökumət qüvvələrinin SDQ-dən azad etdiyi neft yataqlarında hasilatın bərpasına başlanıldığı da xatırladılıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində SDQ-yə bağlı bəzi qüvvələr Həsəkədə komendant saatı tətbiq edib, rabitənin müəyyən müddətə kəsildiyi, şəhərdə silahlı patrulların və pilotsuz uçuş aparatlarının müşahidə edildiyi bildirilib.

SDQ rəhbəri Məzlum Abdi razılaşmanın bu gündən etibarən praktik mərhələdə icrasına başlanacağını, tərəflərin təmas xətlərindən geri çəkiləcəyini və Həsəkə ilə Qamışlıya məhdud sayda hökumət təhlükəsizlik qüvvəsinin daxil olacağını açıqlayıb. Razılaşma həmçinin Həsəkə və Qamışlıda daxili işlər nazirliyinə tabe qüvvələrin yerləşdirilməsini, SDQ-nin bir hissəsinin isə Suriya ordusunun tərkibində briqadalar şəklində inteqrasiyasını nəzərdə tutur.

Məqalədə: #Suriya təhlükəsizlik qüvvələri Həsəkəyə daxil olub #Dəməşq–SDQ razılaşması: Həsəkədə yeni mərhələ #Suriya hökuməti şimal-şərqdə nəzarəti gücləndirir #Həsəkədə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi başladı #SDQ ilə razılaşmadan sonra Həsəkədə vəziyyət dəyişir #Suriya ordusu Həsəkə şəhərinə daxil oldu #Suriye güvenlik güçleri Haseke’ye girdi #Şam ve SDG anlaşması sahada uygulanıyor #Haseke’de yeni güvenlik düzeni #Suriye hükümeti kuzeydoğuda kontrolü artırıyor #SDG ile anlaşma sonrası Haseke’de gelişmeler #Suriye güçleri Haseke’de konuşlandı

Mövzu üzrə digər xəbərlər

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Yəmən

Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib

19:59

Son Xəbərlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.