7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Çin vətəndaşlarını təcili olaraq İsraili tərk etməyə çağırıb

İsraildə qalmağa davam edən Çin vətəndaşlarına aeroportlar, dəniz limanları, elektrik stansiyaları, neft emalı zavodları, eləcə də digər mühüm infrastruktur obyektləri və hərbi zonalardan uzaq durmaq tövsiyə olunub. Qeyd edək ki, Çin rəhbərliyi daha əvvəl İrandakı vətəndaşlarına da bənzər çağırış edərək ölkəni tərk etmələrini istəmişdi. İndiyədək İsraildəki Çin vətəndaşlarına yalnız yüksək riskli zonalardan qaçmaq tövsiyə olunsa da, hücumların intensivləşməsi bu qərarın sərtləşdirilməsinə səbəb olub.

24 Mart 2026 18:40
Çin vətəndaşlarını təcili olaraq İsraili tərk etməyə çağırıb

BAKI, VOA, Orxan Qədirzadə

Çin Xalq Respublikası Yaxın Şərqdə artan təhlükəsizlik riskləri və davam edən hərbi münaqişə fonunda İsraildəki vətəndaşlarına müraciət edərək, ölkəni mümkün qədər tez tərk etməyə çağırıb. Bu barədə məlumat Çinin Təl-Əvivdəki səfirliyi tərəfindən yayılıb.

VOA xəbər verir ki, rəsmi sənəddə İsrailə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumların miqyası, tezliyi və intensivliyinin artdığı vurğulanıb. Bu hücumların insan tələfatına və ciddi maddi ziyana səbəb olduğu diqqətə çatdırılıb.

Səfirlik insanların sığınacaqlara vaxtında çata bilməməsi səbəbindən yaralananların sayının artmasına xüsusi diqqət çəkib. Çin hökuməti ölkəni tərk etmək istəyən vətəndaşları üçün Misir sərhədində yerləşən "Taba" keçid məntəqəsi vasitəsilə təxliyə prosesini təşkil edib.

İsraildə qalmağa davam edən Çin vətəndaşlarına aeroportlar, dəniz limanları, elektrik stansiyaları, neft emalı zavodları, eləcə də digər mühüm infrastruktur obyektləri və hərbi zonalardan uzaq durmaq tövsiyə olunub. Qeyd edək ki, Çin rəhbərliyi daha əvvəl İrandakı vətəndaşlarına da bənzər çağırış edərək ölkəni tərk etmələrini istəmişdi. İndiyədək İsraildəki Çin vətəndaşlarına yalnız yüksək riskli zonalardan qaçmaq tövsiyə olunsa da, hücumların intensivləşməsi bu qərarın sərtləşdirilməsinə səbəb olub.

Məqalədə: #Çin səfirliyi xəbərdarlıq etdi: Vətəndaşlarımız İsraili dərhal tərk etməlidir. #Pekin İsraildəki vətəndaşları üçün Misir sərhədində təxliyə dəhlizi açıb. #Çin vətəndaşlarına çağırış: İsrailin strateji və hərbi obyektlərindən uzaq durun. #PUA hücumları intensivləşib: Çin İsraildəki vətəndaşlarının təhlükəsizliyi üçün hərəkətə keçib.

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

6 Sentyabr 08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.