7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail iqtisadiyyatının "maliyyə qanaxması" - 3 ilə 112 milyard dollar buxarlandı

İranla müharibənin ikinci ayına daxil olması ilə İsrailin maliyyə itkiləri görünməmiş həddə çatıb. 2023-cü ilin oktyabrından bəri davam edən ardıcıl müharibələr ölkə iqtisadiyyatını dərin sarsıntılara məruz qoyub. 2026-cı ilin aprel ayına olan rəsmi məlumatlara və İsrail Bankının proqnozlarına əsasən, müharibənin iqtisadi fəsadları həm birbaşa, həm də dolayısı ilə ölkədə hər bir ailəyə təsir edib.

8 Aprel 2026 13:10
İsrail iqtisadiyyatının "maliyyə qanaxması" - 3 ilə 112 milyard dollar buxarlandı

BAKI,VOA, Orxan Qədirzadə

İranla müharibənin ikinci ayına daxil olması ilə İsrailin maliyyə itkiləri görünməmiş həddə çatıb. 2023-cü ilin oktyabrından bəri davam edən ardıcıl müharibələr ölkə iqtisadiyyatını dərin sarsıntılara məruz qoyub.

VOA xəbər verir ki, 2026-cı ilin aprel ayına olan rəsmi məlumatlara və İsrail Bankının proqnozlarına əsasən, müharibənin iqtisadi fəsadları həm birbaşa, həm də dolayısı ilə ölkədə hər bir ailəyə təsir edib.

Maliyyə itkilərinin miqyası

İsrail iqtisadiyyatında yaranan "maliyyə qanaxması" aşağıdakı rəqəmlərlə ifadə olunur:

2023-cü ilin oktyabrından bəri Qəzza, Livan və İran cəbhələrindəki hərbi əməliyyatların birbaşa dəyəri 112 milyard dolları ötüb.

2024-2025-ci illər üzrə dolayı iqtisadi itkilərin 57 milyard dollar olduğu təxmin edilir.

KİV-in məlumatına görə İranla münaqişənin 38 günü İsrailə 15 milyard dollara başa gəlib. Müdafiə Nazirliyi əlavə xərclər üçün daha 12 milyard dollar tələb edib.

Ailələrə düşən yük və sektorlardakı böhran

Müharibənin dəyəri artıq sadə vətəndaşların büdcəsində hiss olunur:

Hesablamalara görə, 2024-cü ildən bəri davam edən müharibə xərcləri hər bir İsrail ailəsinin üzərinə orta hesabla 33 min dollar yük qoyub.

İqtisadiyyatın dayağı sayılan texnologiya sahəsində şirkətlərin 87%-i məhsul istehsalında gecikmələrlə üzləşib, 71%-i isə kapital toplamaqda çətinlik çəkir. Şirkətlərin 10%-i işçilərini ödənişsiz məzuniyyətə göndərib.

Fələstinli işçilərin girişinə qoyulan qadağa nəticəsində Tikinti və daşınmaz əmlak sektorunda 150 min işçi çatışmazlığı yaranıb. Mənzil satışları ötən illə müqayisədə 35% azalıb.

KİV-in məlumatına görə müharibənin ilk həftələrində İsrail daxilinə düşən raketlərin yalnız 3%-i ciddi zərər vurduğu halda, hazırda bu göstərici 27%-ə yüksəlib. Bu, həm raketlərin texnoloji gücünün artması, həm də müdafiə sistemlərinin uzunmüddətli gərginliyə qarşı sınağı kimi qiymətləndirilir. Artıq 26 min mülki obyektin zədələnməsi ilə bağlı 450 milyon dollarlıq təzminat müraciəti qeydə alınıb.

Məqalədə: #İsrailin müharibə xərcləri 112 milyard dollar 2026 #İsrail Bankının müharibə zərəri hesabatı #İran-İsrail müharibəsinin iqtisadi nəticələri #İsrail texnologiya sektorunda böhran və kadr çatışmazlığı #Qəzza və Livan müharibəsinin İsrail ailələrinə maliyyə yükü #JP Morgan İsrail iqtisadiyyatı proqnozu 2026 #İsraildə daşınmaz əmlak bazarında geriləmə səbəbləri #Müdafiə Nazirliyinin əlavə hərbi büdcə tələbi #İsrail iqtisadiyyatının dözümlülük testi və inflyasiya #Raket zərbələrinin İsrail infrastrukturuna vurduğu zərər

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

6 Sentyabr 08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.