4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İştirakı boykot edilən İsrail “Avroviziya 2026” - da necə qarşılandı?

2026-cı il “Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində İsraili təmsil edən müğənni Noam Bettan səhnə çıxışı zamanı etirazla qarşılaşıb. Müsabiqənin 70-ci yubiley tədbiri bu il Vyana şəhərində yerləşən “Viner Ştadthalle” arena kompleksində keçirilib. İlk yarımfinal zamanı səhnəyə çıxan İsrail təmsilçisi tamaşaçıların etirazı ilə üzləşib.

13 May 2026 09:31
İştirakı boykot edilən İsrail “Avroviziya 2026” - da necə qarşılandı?

BAKI,VOA Orxan Qədirzadə

2026-cı il “Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində İsraili təmsil edən müğənni Noam Bettan səhnə çıxışı zamanı etirazla qarşılaşıb.

VOA xəbər verir ki, müsabiqənin 70-ci yubiley tədbiri bu il Vyana şəhərində yerləşən “Viner Ştadthalle” arena kompleksində keçirilib. İlk yarımfinal zamanı səhnəyə çıxan İsrail təmsilçisi tamaşaçıların etirazı ilə üzləşib.

Zalda iştirak edən bəzi şəxslər “Soyqırımı dayandırın” şüarları səsləndirib, Fələstin bayraqları qaldıraraq Qəzza əhalisi ilə həmrəylik nümayiş etdiriblər. Bildirilir ki, səsləndirilən şüarlar canlı yayım zamanı da eşidilib.

Etirazçılar üzərlərində “Azad Fələstin” yazıları daşıyıb, bəzi şəxslər isə salon əməkdaşları tərəfindən zaldan çıxarılıb. Yarımfinal öncəsi də Vyana küçələrində İsrailin yarışmada iştirakına qarşı aksiyalar keçirilib və şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Müsabiqənin ilk yarımfinal mərhələsində 15 ölkə çıxış edib. Səsvermənin nəticələrinə əsasən Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva və Polşa final mərhələsinə yüksəlib.

Portuqaliya, Gürcüstan, Monteneqro, Estoniya və San Marino isə yarışmanı tərk edib.

Məlumata görə, ikinci yarımfinal mayın 14-də, final mərhələsi isə mayın 16-da keçiriləcək.

Bəzi Avropa ölkələri isə İsrailin yarışmada iştirakına etiraz olaraq alternativ proqramlar yayımlayıb. Brüsseldə “Fələstin üçün birlik – soyqırıma səhnə yoxdur” adlı alternativ konsert təşkil olunub.

Sloveniya Radio və Televiziyası isə “Fələstinin səsləri” adlı xüsusi yayım çərçivəsində Qəzzadan bəhs edən sənədli filmlər nümayiş etdirib.

Digər tərəfdən, İsrail təmsilçisi Noam Bettanın “İsrailə 10 dəfə səs verin” çağırışı etdiyi videolar da müzakirələrə səbəb olub. “Avroviziya” müsabiqəsinin direktoru Martin Qrin bunun yarışma qaydalarına zidd olduğunu bildirib və İsrailin ictimai yayım qurumuna rəsmi xəbərdarlıq göndərildiyini açıqlayıb.

Xatırladaq ki, Avropa Yayım Birliyi Rusiyanı 2022-ci ildən müsabiqədən uzaqlaşdırsa da, İsrailə qarşı eyni qərarı qəbul etməməsi səbəbindən “ikili standart” tənqidləri ilə üzləşib.

Bu qərardan sonra İspaniya, Sloveniya, İrlandiya, İslandiya və Niderland yarışmanı boykot etmək qərarı verib.

Bundan əlavə, 2024-cü il “Avroviziya” qalibi olan İsveçrəli sənətçi Nemo və 1994-cü ilin qalibi Charlie McGettigan də İsrailin iştirakına etiraz olaraq mükafatlarını geri qaytaracaqlarını açıqlayıblar.

Məqalədə: #Fələstin dəstəyi #Qəzza böhranı #Avroviziya 2026 #İsrail etirazları #Vyana yarışması #Noam Bettan #Avropa Yayım Birliyi #Avroviziya boykotu #İsrail əleyhinə aksiyalar #Martin Qrin #Fələstin bayraqları

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.