8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

Livan məhkəməsi Hannibal Qəddafini azad etdi - ona səfər qadağası qoyuldu

Livan məhkəməsi, keçmiş Liviya lideri Muəmmar Qəddafinin oğlu Hannibal Qəddafinin on il davam edən həbsinə son qoyaraq onun 11 milyon dollarlıq girov qarşılığında azadlığa buraxılmasına qərar verib.

17 Oktyabr 2025 20:18
Livan məhkəməsi Hannibal Qəddafini azad etdi - ona səfər qadağası qoyuldu

BAKI, AzerVoice, Orxan Qədirzadə

Livan məhkəməsi, keçmiş Liviya lideri Muəmmar Qəddafinin oğlu Hannibal Qəddafinin on il davam edən həbsinə son qoyaraq onun 11 milyon dollarlıq girov qarşılığında azadlığa buraxılmasına qərar verib.

AzerVoice xəbər verir ki, bununla yanaşı, Qəddafiyə ölkədən çıxmaq qadağan olunub.

Məhkəmənin qərarı, şiə lideri İmam Musa Sədrin və iki müşahidəçisinin 1978-ci ildə Liviyada yoxa çıxması ilə bağlı aparılan istintaq çərçivəsində verilib.

Məlumata görə, istintaq hakimi Zaher Həmadə Hannibal Qəddafinin azadlığa buraxılması qərarını təsdiqləyib. Qəddafi 2015-ci ilin dekabrında Livanda “cinayət işi üzrə məlumatları gizlətmək” ittihamı ilə saxlanılmışdı.

Qəddafinin vəkili Loran Bayon qərarı ədalətsiz adlandıraraq bildirib.

“Bu, on il davam edən əsassız və qanunsuz saxlanmanın ardından qəbuledilməz qərardır. Müştərim beynəlxalq sanksiyalar altındadır — bu məbləği necə ödəyə bilər?”-deyə Bayon bildirib.

O, əlavə edib ki, girov tələbinə qarşı apellyasiya şikayəti veriləcək.

Keçmiş Liviya liderinin oğlu olan 49 yaşlı Hannibal Qəddafi, Livanlı model ilə evlidir və uzun illər Beyrutda saxlanılıb. Onun səhhətinin son aylarda pisləşdiyi, vəziyyətinin “narahatedici” olduğu bildirilirdi.

“Human Rights Watch” təşkilatı avqust ayında dərc etdiyi hesabatda Livan hökumətini Qəddafini dərhal azad etməyə çağırmış və onun “əsassız ittihamlar” əsasında saxlanıldığını bildirmişdi.

Qərar Livan və Liviya arasında diplomatik münasibətlərə də təsir göstərə bilər. “Əl-Nəhar” qəzetinin yazdığına görə, son aylarda ABŞ-ın dolayı dəstəyi ilə Beyrut və Tripoli arasında bu məsələni həll etmək üçün diplomatik səylər göstərilirdi. Lakin İmam Musa Sədrin ailəsi hər hansı razılaşmaya qarşı çıxaraq bəyan edib ki, :“Qan üzərində güzəşt olmaz - həqiqət tam şəkildə açıqlanmayınca heç bir barışıq qəbul edilə bilməz.”

Liviya Milli Birlik Hökumətinin Ədliyyə Nazirliyi 2024-cü ildə Livan hökumətinə müraciət edərək Qəddafinin azadlığa buraxılmasını və ona tibbi yardım göstərilməsini tələb etmişdi. Nazirlik bildirib ki, onun barəsində irəli sürülən ittihamların heç bir sübutu yoxdur.

Xatırladaq ki, Muəmmar Qəddafi 2011-ci ildə xalq üsyanı zamanı öldürülmüşdü. Hannibal Qəddafi isə o dövrdə Suriya ərazisində siyasi sığınacaq almış, daha sonra Livana gətirilərək həbs edilmişdi.

Məqalədə: #ABŞ #Livan #Liviya #Müəmmər Qəddafi #Hannibal Qəddafi #Loran Bayon #Liviya Milli Birlik Hökuməti #Əl-Nəhar qəzeti

Mövzu üzrə digər xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın

7 Sentyabr 14:52
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviya

Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb

7 Sentyabr 09:15
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib

6 Sentyabr 10:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı husilərin hücumlarına qarşı özünü müdafiə edəcəyini bildirib
Səudiyyə Ərəbistanı husilərin hücumlarına qarşı özünü müdafiə edəcəyini bildirib
15:37
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.