9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Fələstin xalqının yanında olmaq vəzifəmizdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin xalqının yanında olmağın qardaşlıq borcu olduğunu bildirib.

1 Noyabr 2024 10:45
Fələstin xalqının yanında olmaq vəzifəmizdir - Ərdoğan

Bakı, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin xalqının yanında olmağın qardaşlıq borcu olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Ərdoğan və Seneqal Prezidenti Beşir Cuma Fay Prezident Külliyəsində təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirərək, birgə mətbuat konfransı təşkil ediblər.

Ərdoğan, Fayın Türkiyəyə səfərindən məmnun olduğunu bildirərək, onu mart ayında seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Görüş zamanı Sahel bölgəsi və Fələstindəki hadisələrin müzakirə edildiyini qeyd edən Ərdoğan, “Sahel bölgəsində təhlükəsizlik təmin edilmədən Afrika qitəsində sabitlik mümkün deyil. İsrailin Fələstin torpaqlarında, xüsusən də Qəzzadakı soyqırımına qarşı Seneqalın ata biləcəyi addımları da hazırda müzakirə edirik," deyə bildirib.

Prezident Ərdoğan, Seneqalın 1975-ci ildən etibarən BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının Həyata Keçirilməsi Komitəsinə sədrlik etməsini yüksək qiymətləndirdiklərini bildirərək, Seneqalın iki dövlətli həllə əsaslanan Fələstin mövqeyini dəyərli hesab etdiklərini vurğulayıb. Ərdoğan, Fələstin və Livan xalqlarına dəstəyin qardaşlıq və humanitar borc olduğunu qeyd edərək, İsrailin soyqırım siyasətinə qarşı çıxan Afrika ölkələrinin mövqeyini təqdir etdiklərini deyib.

Bir jurnalistin, "Livan Baş naziri Necip Mikati atəşkəs gözlədiyini bildirərkən İsrailin hücumlarına davam etməsi və Hizbullahın yeni liderinin müharibəni davam etdirmək qərarını necə şərh edirsiniz?" sualına Ərdoğan belə cavab verib:

“Cənab Mikati düzgün bir müşahidə aparıb və həmsöhbətlərinin etibarlılığını ortaya qoyub. Ancaq Həsən Nəsrullahın yerinə keçən yeni lider də qətiyyətli şəkildə eyni yolda irəliləyəcəyini göstərdi. Bu da göstərir ki, bu bölgə ciddi bir atəş halqasına çevrilir. Ümid edirik ki, növbəti mərhələdə regiondakı vəziyyət BMT-nin dəstəyi ilə daha yaxşı olacaq və biz vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün birgə işləyəcəyik.“

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Fələstin

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.