8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Əməkdaşlıq və imkanlarımızı genişləndirməkdə davam edəcəyik - Uraloğlu

12 Fevral 2025 09:23
Əməkdaşlıq və imkanlarımızı genişləndirməkdə davam edəcəyik - Uraloğlu

Bakı, AzerVoice

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İsveçrənin Cenevrə şəhərində bir sıra beynəlxalq görüşlər keçirib.

AzerVoice xəbər verir ki, o, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) Daxili Nəqliyyat Komitəsinin 87-ci Sessiyasında iştirak məqsədilə Cenevrəyə səfər edib.

Uraloğlu Beynəlxalq Yol Federasiyasının (IRF) prezidenti Dimitris Mandalozis ilə görüşü barədə X sosial şəbəkəsində paylaşım edərək, "Beynəlxalq daşımaları dəyişdirəcək və inkişaf etdirəcək əsas amillər barədə fikir mübadiləsi apardıq. IRF ilə əməkdaşlığımızı və imkanlarımızı genişləndirməkdə davam edəcəyik" ifadələrini işlədib.

Nazir həmçinin İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzaneh Sadegh və rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirdiyini bildirib. O, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi, regional əlaqələrin artırılması və davamlı infrastruktur layihələrinin icrası mövzularını müzakirə etdiklərini vurğulayıb. “Ölkələrimiz arasında ortaq layihələr inkişaf etdirərək ticarət və nəqliyyat dəhlizlərimizi daha da gücləndirməkdə qərarlıyıq”, – deyə Uraloğlu əlavə edib.

Nazir İraqın nəqliyyat naziri Razzak Mheybis Acimi Əl-Sədavi ilə də görüşdüyünü qeyd edərək, “İnkişaf Yolu Layihəsi başda olmaqla, ölkələrimiz arasında əməkdaşlığı artırmaq məqsədimizi davam etdirəcəyik”, – deyə bildirib.

Bundan əlavə, Uraloğlu UNECE-nin icraçı katibi Tatyana Molcean ilə də ikitərəfli görüşlər keçirdiyini və davamlı nəqliyyat, regional əməkdaşlıq, eləcə də logistika infrastrukturunun gücləndirilməsi məsələlərini müzakirə etdiklərini açıqlayıb. O, “Nəqliyyat dəhlizlərinin genişləndirilməsi, xüsusilə İnkişaf Yolu Layihəsi ilə bağlı birgə səylərimizi qiymətləndirdik. UNECE ilə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik” sözlərini əlavə edib.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Cenevrə

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48

Son Xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.