7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Meta-nın qərarı bizim siyasətlə üst-üstə düşür - Uraloğlu

9 Aprel 2025 11:30
Meta-nın qərarı bizim siyasətlə üst-üstə düşür - Uraloğlu

BAKI, AzerVoice

“Türkiyə rəqəmsal təhlükəsizlikdə dünya standartlarını müəyyən edir”

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Metanın 16 yaşdan kiçik istifadəçilərə valideyn icazəsi olmadan Instagram-da canlı yayıma icazə verməməsi qərarını müsbət dəyərləndirib.

Nazir bildirib ki, bu qərar Türkiyənin rəqəmsal təhlükəsizlik sahəsində atdığı addımların beynəlxalq platformalar tərəfindən dəstəkləndiyini göstərir.

Uraloğlu sosial media paylaşımında qeyd edib ki, AK Partiya hökumətləri uşaq və gənclərin onlayn təhlükəsizliyini hər zaman prioritet hesab edib. O, “sosial media yaş məhdudiyyəti layihəsi” ilə paralel şəkildə Metanın qərarının bu yöndə irəliləyiş olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, valideyn razılığı olmadan canlı yayımın qadağan edilməsi və şübhəli şəkillərin avtomatik bulanması kimi tədbirlər onlayn risklərin qarşısını almaq baxımından əhəmiyyətlidir.

“Türk Əsri baxışı ilə uşaqlarımızın rəqəmsal sahədə güclü, azad və təhlükəsiz yaşaması üçün bütün imkanlarımızı səfərbər edirik. Bu sahədəki qətiyyətimiz sayəsində yalnız Türkiyədə deyil, dünyada da standartları müəyyən edən ölkə oluruq” - deyə o əlavə edib:

Qeyd edək ki, Meta 16 yaşdan kiçik istifadəçilərin valideyn icazəsi olmadan Instagram-da canlı yayıma qoşula bilməyəcəyini və şəxsi mesajlarda “bulanıqlaşdırma” funksiyasını deaktiv edə bilməyəcəyini açıqlayıb. Yeni qaydalar yaxın aylarda ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada sınaqdan keçiriləcək və “Facebook” ilə “Messenger” platformalarına da şamil olunacaq.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Meta #Sosial media müzakirələri

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
19:31
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
19:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.