6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Türkiyə və Suriya yeni iqtisadi dövrə başlayır - Bolat

18 Aprel 2025 11:39
Türkiyə və Suriya yeni iqtisadi dövrə başlayır - Bolat

BAKI, AzerVoice

Türkiyə ilə Suriya arasında ticarət və iqtisadi əməkdaşlıqda yeni dövr başlayır.

AzerVoice xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat Suriyaya səfəri zamanı iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə genişləndirilməsi istiqamətində konkret planlar təqdim edib.

Ticarət naziri Ömər Bolat rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyanın paytaxtı Dəməşqdə keçirdiyi iki günlük təmasları qiymətləndirib.

O, Suriyada yeni milli birlik hökumətinin qurulduğunu və bu çərçivədə Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin prioritet olduğunu bildirib.

Nazir Bolat deyib ki, Türkiyə Suriyanın sabitliyini və inkişafını özünün də təhlükəsizliyi və rifahı üçün mühüm hesab edir. Görüşlərdə qarşılıqlı investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, bank sistemində əməkdaşlıq, türk banklarının Suriyada fəaliyyəti, Ro-Ro xidmətləri və gömrükdəki problemlərin həlli müzakirə olunub.

O bildirib ki, tərəflər arasında İqtisadi Tərəfdaşlıq Sazişinin hazırlanması üçün razılıq əldə olunub. Suriyanın iqtisadiyyatının dirçəldilməsi üçün nəqliyyat infrastrukturunun bərpası və xarici sərmayələrin cəlbi planlaşdırılır.

Bolat həmçinin Suriyanın özəl sektoru ilə türk sahibkarları arasında birgə layihələrin təşviqinə diqqət çəkib və qarşıdakı dövrdə bu sahədə yeni sənaye zonalarının yaradılacağını bildirib.

Qeyd edək ki, Suriyada 2024-cü ilin dekabrında baş verən siyasi dəyişikliklər nəticəsində yeni hökumət formalaşıb və ölkə vətəndaş müharibəsindən sonra iqtisadi və sosial stabilliyə doğru ilk addımlarını atır. Türkiyə isə bu prosesdə fəal tərəfdaş kimi iştirak edir.

Məqalədə: #Türkiyə #Türkiyə Ticarət Nazirliyi #Suriya #Ömer Bolat #Türkiyə Suriya münasibətləri #Türkiyə-Suriya ticarət əməkdaşlığı #Suriya iqtisadi inkişafı #Türkiyə-Suriya iqtisadi yatırımlar #Suriya iqtisadiyyatının inkişafı üçün sərmayə #İqtisadi Tərəfdaşlıq Sazişi #gömrük və nəqliyyat əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.