5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Türkiyə-Rusiya enerji əlaqələri önəmli əhəmiyyət daşıyır - Bolat

Türkiyənin ticarət naziri Ömər Bolat Rusiya ilə iqtisadi və enerji əməkdaşlığının strateji əhəmiyyətini vurğulayıb

28 İyun 2025 14:13
Türkiyə-Rusiya enerji əlaqələri önəmli əhəmiyyət daşıyır - Bolat

BAKI, AzerVoice

Türkiyə-Rusiya əlaqələri enerji baxımından iqtisadiyyatın əsas damarıdır.

AzerVoice xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat Rusiya ilə iqtisadi və enerji əməkdaşlığının strateji əhəmiyyətini vurğulayıb. Moskvada keçirilən Türkiyə-Rusiya Hökumətlərarası Birgə Komissiyasının (KEK) 19-cu iclasından sonra danışan Bolat, enerji sahəsindəki əməkdaşlığı “iqtisadiyyatın can damarı” adlandırıb.

Nazir bildirib ki, ümumi enerji idxalının 49 faizini Rusiyadan təmin edən Türkiyə üçün bu əlaqələr həyati əhəmiyyət daşıyır. O, Rusiyanın ixracatının 73 faizinin enerji məhsulları olduğunu qeyd edib və “Mavi Axın”, “Türk Axını” boru kəmərləri və Akkuyu AES layihələrinin bu əməkdaşlığın əsas dayaqları olduğunu vurğulayıb.

Bolat qeyd edib ki, Akkuyu Atom Elektrik Stansiyasının ilk bloku yaxın bir il ərzində tamamlanacaq və layihə tam başa çatdıqda Türkiyənin enerji tələbatının 14 faizini qarşılayacaq.

Nazir həmçinin Türk podratçılarının Rusiyada 2200 layihə çərçivəsində 103 milyard dollar dəyərində işlər həyata keçirdiyini və rus turistlərin hər il Türkiyəyə etdiyi təxminən 7 milyonluq səfərin mədəni və turistik əlaqələrin güclü olduğunu göstərdiyini söyləyib.

Qeyd edək ki, görüş zamanı iki ölkə arasında sənaye, ticarət, kənd təsərrüfatı, xidmət sektoru, turizm və nəqliyyat sahələrini əhatə edən yeni Anlaşma Memorandumu da imzalanıb. Bolat vurğulayıb ki, Türkiyə və Rusiya liderlərinin göstərişinə əsasən, ikitərəfli ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması üçün bütün imkanlar səfərbər olunacaq.

Məqalədə: #Türkiyə #Ömər Bolat #Türkiyə Enerji Bazarı #enerji istehlakı #İqtisadiyyat #Rusiya və Türkiyə münasibətləri #Əməkdaşlıq memorandumu

Mövzu üzrə digər xəbərlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.