8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zelenski və ABŞ Rəsmiləri Səudiyyə Ərəbistanında Sülh Danışıqlarına Hazırlaşır

7 Mart 2025 11:11
Zelenski və ABŞ Rəsmiləri Səudiyyə Ərəbistanında Sülh Danışıqlarına Hazırlaşır

BAKI,AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynadakı müharibənin sona çatdırılması məqsədilə ABŞ nümayəndə heyəti ilə danışıqlar gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək.

AzerVoice xəbər verir ki, bir həftə əvvəl dünya Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və onun ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan görüş heç bir sülh təşəbbüsü ilə bağlı nəticə vermədi.

Görüş zamanı ABŞ və Ukrayna arasında nadir elementlər üzrə sazişin imzalanması planlaşdırılsa da, Ağ Ev rəsmilərinin Zelenskidən qəfil görüşü tərk etməsini istədiyi bildirilərək bu proses təxirə salındı.

Tramp, Zelenskinin sülh əldə etməkdə ciddi olmadığını iddia edərək mövqeyini davam etdirdi. Vaşinqton administrasiyası isə bu mübahisənin ardından Ukraynaya bütün hərbi və maliyyə yardımlarını, eləcə də ABŞ kəşfiyyat dəstəyini dayandırdığını elan etdi.

Zelenski cümə axşamı rəsmi Telegram kanalında paylaşdığı açıqlamada ABŞ rəsmiləri ilə danışıqlara yenidən başlamaq üçün yaxın zamanda görüşəcəyini elan edib.

Danışıqların gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilir. Zelenski, bazar ertəsi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşəcək. Daha sonra isə ABŞ rəsmiləri ilə görüşlər baş tutacaq.

"Gələn həftə, bazar ertəsi, vəliəhd şahzadə ilə görüşmək üçün Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırıram. Bundan sonra komandam Səudiyyə Ərəbistanında qalaraq amerikalı tərəfdaşlarla işləməyə davam edəcək. Ukrayna sülhə ən çox maraq göstərən tərəfdir”,- deyə Zelenski bildirib.

ABŞ-ı bu danışıqlarda təmsil edəcək şəxs Orta Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff olacaq. Vitkoff, Tramp administrasiyasını təmsil etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.

"Biz hazırda ukraynalı rəsmilərlə danışıqların Riyadda və ya potensial olaraq Ciddədə keçirilməsini razılaşdırmağa çalışırıq", – deyə Vitkoff Ağ Ev bildirib.

Vitkoff həmçinin qeyd edib ki, bu görüşlər ABŞ rəsmilərinin Ukraynanın artıq real və mənalı sülh danışıqlarında iştirak etmək niyyətində olduğuna dair əsaslı səbəbləri olduğuna görə təşkil edilir.

"Prezident Zelenski Trampa məktub göndərdi. Düşünürəm ki, prezident bunu çox müsbət və irəliyə doğru atılmış addım kimi qəbul etdi",- deyə Vitkoff vurğulayıb.

Tramp da davam edən proseslə bağlı Ukraynanın razılaşma əldə etmək istədiyini, çünki "başqa seçimlərinin olmadığını" deyib.

Məqalədə: #Rusiya #Səudiyyə Ərəbistanı #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Məhəmməd bin Salman #Volodimir Zelenski #Stiv Uitkoff

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.