13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin fikirlərini nəzərə almadan qərar verdim - Tramp

16 May 2025 16:55
İsrailin fikirlərini nəzərə almadan qərar verdim - Tramp

BAKI, AzerVoice

Suriyaya sanksiyaların ləğvi qərarında İsraildən rəy almamışam.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Suriya ilə bağlı qəbul edilən qərarların arxa planını jurnalistlərlə bölüşüb.

Tramp bildirib ki, Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qərar verərkən İsrailin fikri nəzərə alınmayıb.

“Bu qərarı düzgün hesab etdim və israillilərdən bununla bağlı fikir almamışam”, – deyə Tramp vurğulayıb.

Mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Tramp, jurnalistlərə açıqlamasında bildirib ki, Suriyada uzun illər davam edən xaosun təkrarlanmasının qarşısı alınmalıdır. O, Suriyanın gənc və enerjili liderə sahib olduğunu və bunun “bir fürsət” olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təşəbbüsü ilə sanksiyaların qaldırıldığını qeyd edən Tramp, sanksiyaların “amansız və incidici” olduğunu bildirib.

Qəzzadakı vəziyyətə də toxunan Tramp, bölgədə humanitar böhranın dərinləşdiyini vurğulayaraq, “Qəzzada aclıqdan ölən çox insan var, fələstinlilərə də kömək etməliyik”, – deyə bildirib. O, israilli məhbuslarla bağlı İsraillə birgə çalışdıqlarını bildirib.

Tramp, gələn ay Qəzzada mühüm hadisələrin baş verəcəyini ehtimal etdiyini deyib.

Rusiya-Ukrayna müharibəsinə dair sülh səylərinə də münasibət bildirən ABŞ lideri, Rusiya prezidenti Vladimir Putinlə görüşə ehtiyac olduğunu vurğulayıb. “Əgər məsələni onunla danışaraq həll edə bilməsək, başqa hadisələr yaşana bilər” - deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunu 3,2 trilyon dollarlıq sərmayə və silah sazişləri ilə başa vuraraq ölkəsinə qayıdıb.

Məqalədə: #İsrail #BƏƏ #Rusiya #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #ABŞ #Vladimir Putin #Qətər #Donald Tramp #Suriya #sanksiya #Yaxın Şərq #ABŞ-İsrail əməkdaşlığı #Suriya sanksiyaları #Suriya sanksiyalarının ləğvi

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.