7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzaya humanitar yardım hələ də paylanmayıb- BMT

21 May 2025 12:12
Qəzzaya humanitar yardım hələ də paylanmayıb- BMT

BAKI, AzerVoice

İsrail yük maşınlarının keçidinə icazə versə də, Qəzzada hələ də humanitar yardım paylanmayıb.

AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik Qəzza zolağında vəziyyətin kritik olaraq qaldığını, yardımın bölgəyə çatdırılmasında ciddi maneələrin olduğunu bildirib.

O qeyd edib ki, bir həftəlik blokadadan sonra məhdud humanitar yardım yük maşınlarının keçidinə icazə verilsə də, bu yardım hələ də BMT anbarlarına çatdırılıb paylana bilməyib.

Dujarrik bildirib ki, bazar ertəsi günü uşaq qidası daşıyan dörd yük maşını Qəzzaya daxil olub. Çərşənbə axşamı isə un, dərman və digər əsas ehtiyac malları ilə dolu bir neçə yük maşını bölgəyə girib. Lakin bu yardımlar BMT-nin nəzarətində olan anbarlara çatdırılmayıb və bölgədə təhlükəsizlik şəraiti səbəbindən paylanması mümkün olmayıb.

"Bu gün komandalarımızdan biri Kerem Şalom sərhəd-keçid məntəqəsində saatlarla materialları toplamaq üçün gözləyib, amma yardım anbarlara çatdırıla bilməyib," – deyə Dujarrik bildirib. O əlavə edib ki, yük maşınları boşaldılıb yenidən yükləndikdən sonra onları geri götürmək üçün İsrail ordusundan xüsusi icazə almaq tələb olunur və əsas problem bölgədə təhlükəsizliyin təmin olunmamasıdır.

Qeyd edək ki, İsrail martın 2-dən Qəzza zolağına humanitar embarqo (bir ölkəyə mal gətirilməsinin və ya oradan mal çıxarılmasının qadağan edilməsi) tətbiq etmişdi. Rəsmi Təl-Əviv son günlərdə "aclığın qarşısını almaq üçün əsas miqdarda qidanın keçidinə icazə veriləcəyini" bəyan etsə də, bu qərarın ABŞ və Avropa ölkələrinin göstərdiyi siyasi təzyiqlər nəticəsində verildiyi bildirilir.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #BMT #humanitar yardım #Beynəlxalq humanitar yardım #Humanitar yardım təşəbbüsləri #Qəzzada ərzaq çatışmazlığı #Qəzzada aclıq və səfalət

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb

6 Sentyabr 10:53
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.