8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ atəşkəs elan etməyə hazırlaşır

26 May 2025 13:13
ABŞ atəşkəs elan etməyə hazırlaşır

BAKI, AzerVoice

Tramp bir neçə günə atəşkəs elan edə bilər.

AzerVoice xəbər verir ki, İsrailin Qəzza zolağında mülki fələstinlilərin sığındığı məktəbə hava zərbəsi endirməsi nəticəsində onlarla insanın həyatını itirdiyi bildirilərkən, eyni zamanda ABŞ prezidenti Donald Trampın yaxın günlərdə atəşkəs elan edəcəyi də qeyd edilib.

Əl-Əqsa televiziya kanalı və yerli Fələstin mənbələrinin məlumatına görə, Qəzza şəhərinin əl-Durc məhəlləsində yerləşən Fəhmi əl-Cərcəvi məktəbinə təşkil olunan hava hücumu nəticəsində ətrafda yerləşən çadırlarda yanğın baş verib. Hadisə zamanı azı 25 nəfər həlak olub, çoxlu sayda insan isə yaralanıb. Görüntülərdə uşaqların həyatını itirdiyi, digərlərinin isə yanğınlardan qaçmağa çalışdığı əks olunub.

ABŞ prezidenti Donald Tramp jurnalistlərə verdiyi açıqlamada, Birləşmiş Ştatların həm İsrail, həm də HƏMAS rəsmiləri ilə təmasda olduğunu və “bu vəziyyəti mümkün qədər tez dayandırmaq istədiklərini” söyləyib. Sky News Arabia kanalına danışan mənbələrin iddiasına görə, Tramp yaxın günlərdə atəşkəsə dair bəyannamə elan edə bilər. Bildirilir ki, bu razılaşma İsrail girovlarının azad olunması məsələsini də əhatə edəcək.

Qeyd edək ki, İsrail ordusunun Qəzzaya qarşı son hərbi əməliyyatları 7 oktyabr 2023-cü ildən başlayaraq indiyədək 53 min 939 fələstinlinin həyatına son qoyub, 122 min 797 nəfər isə yaralanıb. Son hücum dalğası nəticəsində isə yalnız martın 18-dən bəri 3785 nəfər ölüb, 10 min 756 nəfər yaralanıb.

İsrail hökuməti isə Qəzza zolağının tam işğalını planlaşdırdıqlarını, fələstinliləri cənubdakı “toplama düşərgələrinə” köçürməyi və bölgənin gələcəkdə daimi olaraq nəzarət altına alınacağını bəyan edib.

Məqalədə: #Fələstin #Qəzza zolağı #ABŞ #Donald Tramp #HƏMAS #atəşkəs danışıqları #Qəzzə və İsrail arasındakı gərginlik #ABŞ-İsrail-Fələstin siyasəti

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.