8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin nüvə silahı iddiaları inkar edilib

CNN kanalının ABŞ kəşfiyyatına istinadla yaydığı məlumata əsasən, İranın nüvə silahı hazırlamaq üzrə olduğu barədə İsrailin iddiaları həqiqəti əks etdirmir.

18 İyun 2025 10:07
İsrailin nüvə silahı iddiaları inkar edilib

BAKI, AzerVoice

ABŞ kəşfiyyatı İsrailin “nüvə silahı” iddiasını təkzib edib.

AzerVoice xəbər verir ki, CNN kanalının ABŞ kəşfiyyatına istinadla yaydığı məlumata əsasən, İranın nüvə silahı hazırlamaq üzrə olduğu barədə İsrailin iddiaları həqiqəti əks etdirmir.

Kəşfiyyat hesabatına görə, İran bu istiqamətdə fəal səylər göstərmir və istəsə belə, silahın hazırlanması illərlə vaxt aparacaq.

İsrail rəsmiləri, o cümlədən Baş nazir Benyamin Netanyahu, İrana qarşı son hücumlarını Tehranın “nüvə silahı istehsalında dönüş nöqtəsinə yaxınlaşması” ilə əsaslandırmışdılar. Netanyahu hətta “əgər hücum etməsəydik, İran bir həftəyə nüvə silahı hazırlaya bilərdi” deyə iddia etmişdi.

Lakin CNN-in yayımladığı kəşfiyyat qiymətləndirməsinə görə, İran bu cür silah hazırlamaq niyyətində deyil və proqramın tam həyata keçməsi 3 ilə qədər çəkə bilər. Hesabatda bildirilir ki, İsrailin son hücumları İranın nüvə proqramını sadəcə bir neçə ay ləngidə bilər.

ABŞ müdafiə mənbələrinin qeyd etdiyi kimi, əsas obyektlərdən olan Fordo nüvə mərkəzi zərər görməyib. Ekspertlərə görə, bu obyektə ciddi zərbə yalnız ABŞ-ın xüsusi silahları və dəstəyi ilə mümkün ola bilər.

Qeyd edək ki, ABŞ-ın keçmiş yüksək səviyyəli rəsmisi Brett Makqurk “İsrail nüvə obyektlərinə zərbə vura bilər, lakin onları tamamilə sıradan çıxarmaq üçün ya ABŞ hərbi müdaxiləsi, ya da diplomatik razılaşma gərəkdir”- deyə bildirmişdi.

Əlavə olaraq, ABŞ-ın keçmiş kəşfiyyat rəhbəri Tulsi Qabbard mart ayında Konqresdə verdiyi ifadədə “İran 2003-cü ildən bəri nüvə silahı proqramına yenidən başlamayıb”- deyə bildirib.

Məqalədə: #İsrail #İran #Benyamin Netanyahu #İsrail-İran münaqişəsi #İran nüvə proqramı #İran İsrail münasibətləri #Nüvə obyektlərinə hücum riski #İsrail İran hücumu 2025 #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.