4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Meta super zəka üçün yüz milyardlarla dollar sərmayə ayıracaq

Meta ABŞ-da süni intellekt məlumat mərkəzlərinə yüz milyardlarla dollar sərmayə qoyacaq.

15 İyul 2025 11:52
Meta super zəka üçün yüz milyardlarla dollar sərmayə ayıracaq

BAKI, AzerVoice

Meta ABŞ-da süni intellekt məlumat mərkəzlərinə yüz milyardlarla dollar sərmayə qoyacaq.

AzerVoice xəbər verir ki, “Facebook”, “Instagram” və “Threads” platformalarının sahibi olan Meta şirkəti süni intellekt sahəsində irimiqyaslı infrastruktur layihələrinə start verir.

Şirkətin qurucusu Mark Zukerberq ABŞ-da yerləşəcək nəhəng məlumat mərkəzləri üçün yüz milyardlarla dollar dəyərində sərmayə ayrıldığını açıqlayıb.

Zukerberqin sözlərinə görə, Meta-nın ilk çox-giqavatlıq süni intellekt məlumat mərkəzi olan “Prometey” 2026-cı ildə Ohayo ştatının Nyu-Albani şəhərində istifadəyə veriləcək. İkinci mərkəz — “Hyperion” isə Luiziana ştatında tikiləcək və 2030-cu ilə qədər tam fəaliyyət göstərəcək. Bu komplekslərdən biri Manhetten adasının ölçüsündə ərazini əhatə edəcək.

Meta-nın məqsədi, şirkətin ifadəsi ilə desək, “super intellekt” – yəni insan səviyyəsini aşan süni zəkanı inkişaf etdirmək üçün Titan klasterləri adlanan iri miqyaslı məlumat bazaları yaratmaqdır.

Zukerberq bildirib ki, bu məqsədlə yüz milyardlarla dollar ayrılacaq və Meta əməkdaşları “dünyanın ən güclü süni intellekt avadanlıqlarına” çıxış əldə edəcəklər. Analitiklərə görə, bu addım Meta-nın süni intellekt yarışında öndə getmək istəyi ilə bağlıdır.

Qeyd edək ki, Meta 2024-cü ildə 160 milyard dollardan çox gəlir əldə edib və bunun əsas hissəsi onlayn reklamdan gəlib. Şirkətin səhmləri Zukerberqin açıqlamasından sonra 1 faiz artıb, il ərzində ümumi artım isə 20 faizi keçib.

Ətraf mühitlə bağlı narahatlıqlar da gündəmdədir. Araşdırmalara görə, süni intellektlə işləyən məlumat mərkəzləri böyük miqdarda enerji və su sərf edir. Tək bir AI sorğusu kiçik bir su şüşəsi qədər istehlaka səbəb ola bilər. 2027-ci ilə qədər bu sistemlərin 1,7 trilyon qallon su istifadə edə biləcəyi proqnozlaşdırılır.

Məqalədə: #ABŞ #Süni intellekt #Meta #Instagram #Threads #Facebook #Mark Zukerberq #Süni intellekt və təhlükəsizlik

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb
ArabCars

Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb

12:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.