5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Suveydada qeyri-qanuni qruplaşmalar bədəviləri hədəf alıb

Suriya hökumət qoşunlarının Suveyda şəhərini tərk etməsindən sonra qeyri-qanuni silahlı qruplaşmalar bölgədə kütləvi qırğınlar törədib.

17 İyul 2025 18:44
Suveydada qeyri-qanuni qruplaşmalar bədəviləri hədəf alıb

BAKI, AzerVoice

Suriya hökumət qoşunlarının Suveyda şəhərini tərk etməsindən sonra qeyri-qanuni silahlı qruplaşmalar bölgədə kütləvi qırğınlar törədib.

AzerVoice xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumata gprə, hücumların əsas hədəfi ərəb bədəvi könüllü döyüşçüləri olub.

Şəhərin şərqində yerləşən Əl-Mikuas rayonunda qadınlar və uşaqlar da daxil olmaqla mülki vətəndaşlar kütləvi şəkildə qətlə yetirilib. Hücumlar nəticəsində ölən və yaralananların dəqiq sayı hələlik bəlli deyil.

Mənbələr bildiriblər ki, sağ qalan bədəvilər yeni hücum təhdidlərindən qorxaraq yaşadıqları yerləri tərk etməkdədirlər.

Digər tərəfdən, Suriyanın “Al Watan” qəzeti yazır ki, Suveydadakı gərginliyin arxasında İsraillə yaxınlaşmanı dəstəkləyən və son günlərdə Dəməşq hakimiyyətinə qarşı itaətsizliyə çağırış edən radikal druz şeyxi Hikmət əl-Hicrinin tərəfdarları dayanır.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #İsrail #Suriya #Dəməşq #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Dürzi Dövləti #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #Dürzi Muxtariyyəti #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzilərin Siyasi İddiaları #Bəşşar Əsəd və Dürzilər #Suveyda Üsyanı #Dürzi Liderləri #Dürzi İsraillə Münasibətləri #Suriyada Dürzi azlığı #Suriyada Ələvi və Dürzi qarşıdurmaları #Dürzi azlığı Suriyada hansı problemlərlə üzləşir? #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #təhlükəsizlik qüvvələri #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #Hikmət əl-Hicri

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.