4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Suriyada sabitliyin təmin olunması üçün İsrailə təzyiq edir

ABŞ, Suriyanın cənubundakı Suveyda vilayətində vəziyyətin sabitləşdirilməsi və bu bölgəyə Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün İsrailə təzyiq göstərir.

18 İyul 2025 21:55
ABŞ Suriyada sabitliyin təmin olunması üçün İsrailə təzyiq edir

BAKI, AzerVoice

ABŞ, Suriyanın cənubundakı Suveyda vilayətində vəziyyətin sabitləşdirilməsi və bu bölgəyə Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün İsrailə təzyiq göstərir.

AzerVoice xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

“Vaşinqton Suriya prezidenti Əhməd əş-Şaraaya dəstəyi davam etdirir və İsrailə bu böhranı sona çatdıracaq razılaşmaların əldə olunması üçün müdaxiləni dayandırmaq məqsədilə təzyiq göstərir” - deyə, mənbə bildirib.

Onun sözlərinə görə, ABŞ, Suveyda vilayətinə hökumətin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi məqsədilə aparılan danışıqlarda iştirak edir. Qeyd olunub ki, cümə günü vilayətdə ərəb tayfaları ilə druzlar arasında toqquşmalar davam edib.

Bundan əvvəl, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirmişdi ki, tərəflər gün sonuna qədər Suriyada sabitliyin təmin olunmasına nail olmaq üçün tədbirlər görmək barədə razılığa gəliblər. “The Times of Israel” qəzetinin məlumatına görə, İsrail, əvvəllər Dəməşqin silahlı qüvvələrinin bölgəyə daxil olmasına qarşı olduğunu bəyan etməsinə baxmayaraq, Suveydada Suriya təhlükəsizlik qüvvələrinin 48 saatlıq məhdud mövcudluğuna razı olmağa hazırdır.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #İsrail #ABŞ #Suriya #ABŞ Dövlət Departamenti #Dəməşq #Vaşinqton #Druz #Suriya hökuməti #Toqquşmalar #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Dürzi Dövləti #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #Dürzi Muxtariyyəti #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzilərin Siyasi İddiaları #Bəşşar Əsəd və Dürzilər #Suveyda Üsyanı #Dürzi Liderləri #Dürzi İsraillə Münasibətləri #Suriyada Dürzi azlığı #Suriyada Ələvi və Dürzi qarşıdurmaları #Dürzi azlığı Suriyada hansı problemlərlə üzləşir? #İsrail Suriyada Dürzi icmasını niyə dəstəkləyir? #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #təhlükəsizlik qüvvələri #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #danışıqlar #ABŞ Dövlət Departamenti və Suriya #Suriyada milli birlik və sabitlik #Suriya Dürzi qarşıdurması #Əhməd əş-Şəraa #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Dürzilər və gizli inanc sistemi #Suriyada druzların bölünməsi #Dürzilər və Suriya inqilabı #Süveyda

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51

Son Xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
14:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.