5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa UNESCO-ya dəstəyini davam etdirəcək - Makron

ABŞ-ın UNESCO-dan çıxmaq qərarı almasına baxmayaraq, Fransa bu təşkilata dəstəyini davam etdirmək niyyətindədir.

22 İyul 2025 18:38
Fransa UNESCO-ya dəstəyini davam etdirəcək - Makron

BAKI, AzerVoice

ABŞ-ın UNESCO-dan çıxmaq qərarı almasına baxmayaraq, Fransa bu təşkilata dəstəyini davam etdirmək niyyətindədir.

AzerVoice xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində yazıb.

“Elm, təhsil, mədəniyyət və dünya irsinin universal müdafiəçisi olan UNESCO-ya davamlı dəstək verəcəyik. ABŞ-ın təşkilatdan çıxması bizim bu mübarizəyə rəhbərlik edənlərə sadiqliyimizi zəiflətməyəcək” - deyə, Makron vurğulayıb.

Xatırladaq ki, bugün ABŞ prezidenti Donald Tramp ölkəsinin UNESCO-dan çıxması barədə qərar verib. Vaşinqton bu qərarı təşkilatın "ABŞ-ın maraqlarına uyğun olmayan təşəbbüsləri dəstəkləməsi" ilə əsaslandırıb.

Qeyd edək ki, ABŞ UNESCO-dan ilk dəfə çıxmır: 1984-cü ildə sabiq prezident Ronald Reyqan administrasiyası təşkilatı tərk etmişdi. O zaman əsas səbəblər kimi UNESCO-nun “həddindən artıq siyasiləşməsi” və “büdcənin qeyri-səmərəli istifadəsi” göstərilmişdi. ABŞ yalnız 2003-cü ildə təşkilata qayıtmışdı. Lakin Tramp 2018-ci ildə prezidentliyinin ilk dövründə UNESCO-dan yenidən çıxma qərarı vermişdi. ABŞ bu addımı UNESCO-da artan borclar, fundamental islahatların zəruriliyi və İsrailə qarşı qərəzin davam etməsi ilə izah etmişdi. Sonuncu dəfə ABŞ 2023-cü ildə təşkilata yenidən üzv olmuşdu.

İsrail də UNESCO ilə uzun illərdir mübahisələr yaşayırdı. Bu mübahisələrin əsas səbəbi Qüdsün statusu və Fələstin ərazilərindəki qorunan obyektlərin tanınması idi. 2017-ci ildə İsrail təşkilatı tərk etmək qərarına gəldi və 2018-ci ildə ABŞ-la birlikdə üzvlüyünü dayandırdı. Bununla belə, İsrail ərazisində yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş obyektlərin statusu qüvvədə saxlanılıb.

Məqalədə: #İsrail #ABŞ #Fransa #YUNESKO #Donald Tramp #UNESCO #Emmanuel Makron #Ronald Reyqan #Tramp administrasiyası #Qüds şəhəri #YUNESKO Ümumdünya İrs Komitəsi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.