7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran XİN Qərbin İttihamlarını Rədd Edib

İran Xarici İşlər Nazirliyi ABŞ, Fransa və digər Qərb ölkələrinin İrana qarşı irəli sürdüyü son ittihamları kəskin şəkildə rədd edib.

1 Avqust 2025 11:52
İran XİN Qərbin İttihamlarını Rədd Edib

BAKI, AzerVoice, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyi ABŞ, Fransa və digər Qərb ölkələrinin İrana qarşı irəli sürdüyü son ittihamları kəskin şəkildə rədd edib.

AzerVoice xəbər verir ki, nazirliyin sözçüsü İsmayıl Bəqai bu bəyanatları “əsassız və gülünc” adlandıraraq, Qəzzada davam edən soyqırımın üstünü örtmək məqsədi daşıdığını bildirib.

Bəqai, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Kanada da daxil olmaqla 14 ölkənin birgə yaydığı bəyanata cavab verib. Sözügedən bəyanatda İran sui-qəsd cəhdləri və Avropa ilə Şimali Amerikada yaşayan şəxslərə qarşı təhdid kampaniyaları təşkil etməkdə ittiham olunurdu.

İran rəsmisi bu ittihamları qətiyyətlə təkzib edərək qeyd edib ki, bu ölkələrin bəziləri İrana qarşı düşmənçilik fəaliyyəti göstərən terrorçu qrupları dəstəkləyir və onlara sığınacaq verir.

Bəqai həmçinin iyun ayında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumu xatırladaraq, bəyanat müəlliflərini beynəlxalq hüququ pozmaqda ittiham edib.

“Bu cür ittihamlar saxtakarlığa əsaslanır və İranofobiyanı dərinləşdirmək məqsədi daşıyan siyasi kampaniyanın bir hissəsidir. Onlar eyni zamanda BMT Nizamnaməsinin prinsiplərini və beynəlxalq hüququ pozur” – deyə Bəqai vurğulayıb.

Məqalədə: #İran #ABŞ #Fransa #Qərb #İran XİN #İsrail və İran gərginliyi #ABŞ-İsrail ortaq strategiyası #İranın nüvə proqramı #İran–ABŞ danışıqları #İran xarici siyasəti

Mövzu üzrə digər xəbərlər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
13:46
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
13:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.