8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Putin sülh sammitinə qatılarsa, toxunulmazlıq veriləcək - İsveçrə

İsveçrə hökuməti Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcək mümkün sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Xarici işlər naziri İqnazio Kassis bildirib ki, əgər Putin iştirak edərsə, ona rəsmi konfrans çərçivəsində toxunulmazlıq təmin ediləcək. Kassis vurğulayıb ki, İsveçrə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasına daxil olsa da, ölkə beynəlxalq hüquqa uyğun olaraq rəsmi sammitlərdə iştirak edən liderlər üçün xüsusi müdafiə mexanizmi tətbiq edir. O əlavə edib ki, bu toxunulmazlıq şəxsi səfərlər üçün deyil, yalnız rəsmi sülh danışıqları kontekstində qüvvədə olacaq.

19 Avqust 2025 16:56
Putin sülh sammitinə qatılarsa, toxunulmazlıq veriləcək - İsveçrə

BAKI, AzerVoice, Nərmin Ağayeva

Putin sülh sammitinə qatılarsa, toxunulmazlıq veriləcək.

AzerVoice xəbər verir ki, İsveçrə hökuməti Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcək mümkün sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Xarici işlər naziri İqnazio Kassis bildirib ki, əgər Putin iştirak edərsə, ona rəsmi konfrans çərçivəsində toxunulmazlıq təmin ediləcək.

Kassis vurğulayıb ki, İsveçrə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasına daxil olsa da, ölkə beynəlxalq hüquqa uyğun olaraq rəsmi sammitlərdə iştirak edən liderlər üçün xüsusi müdafiə mexanizmi tətbiq edir. O əlavə edib ki, bu toxunulmazlıq şəxsi səfərlər üçün deyil, yalnız rəsmi sülh danışıqları kontekstində qüvvədə olacaq.

Qeyd edək ki, 2023-cü ildə BCM Putin və Rusiyanın Uşaq Hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order vermişdi. Onlar ukraynalı uşaqların işğal olunmuş ərazilərdən Rusiyaya qanunsuz aparılmasında ittiham olunurdular. Moskva isə bu qərarı hüquqi cəhətdən etibarsız sayaraq iddiaları rədd etmişdi.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron İsveçrənin Cenevrə şəhərinin neytral məkan kimi sammit üçün əlverişli ola biləcəyini irəli sürüb. O, “Mən neytral ölkə tapmağa çalışıram, ola bilsin ki, İsveçrə, Cenevrə və ya başqa bir ölkə” deyə açıqlama vermişdi.

Məqalədə: #Rusiya #Fransa #Vladimir Putin #Ukrayna #Zelenski #Emmanuel Makron #İsveçrə #Beynəlxalq Cinayət Məhkəməsi #Rusiya-Ukrayna münaqişəsi #Rusiya-Ukrayna müharibəsi

Mövzu üzrə digər xəbərlər

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

7 Sentyabr 18:21
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.