5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS əsirləri azad etməsə, Qəzza məhv ediləcək - İsrail MN

İsrailin müdafiə naziri İsrael Katz, ordunun Qəzza şəhərinə qarşı hücumları genişləndirməyə hazırlandığını bildirərək, bu gün bölgədə “şiddətli hücumlar” həyata keçiriləcəyini bəyan edib. Katz, ABŞ mərkəzli X sosial media platformasında yazdığı paylaşımda, Qəzzadakı çoxmərtəbəli binaların və digər tikililərin hədəfə alınacağını açıqlayıb.

8 Sentyabr 2025 13:02
HƏMAS əsirləri azad etməsə, Qəzza məhv ediləcək - İsrail MN

BAKI, AzerVoice, Fərid Mikayılov

İsrailin müdafiə naziri İsrael Katz, ordunun Qəzza şəhərinə qarşı hücumları genişləndirməyə hazırlandığını bildirərək, bu gün bölgədə “şiddətli hücumlar” həyata keçiriləcəyini bəyan edib.

AzerVoice xəbər verir ki, Katz, ABŞ mərkəzli X sosial media platformasında yazdığı paylaşımda, Qəzzadakı çoxmərtəbəli binaların və digər tikililərin hədəfə alınacağını açıqlayıb.

O, HƏMAS-dan israilli əsirləri və silahlarını təhvil verməsini tələb edərək, “Əks halda Qəzza da, siz də məhv ediləcəksiniz” sözləri ilə hədələyib.

Nazir həmçinin bildirib ki, İsrail ordusu dünən Qəzza şəhərində 50 binanı tamamilə, 100 binanı isə qismən dağıdıb və hücumların miqyasını artırmaq üçün hazırlıqlar aparır.

Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza şəhərinin işğalı planına yaşıl işıq yandırmışdı. Plana əsasən:

  • İlk mərhələdə təxminən 1 milyon fələstinli şəhərin cənubuna köçürüləcək,
  • Qəzza tam mühasirəyə alınacaq, intensiv bombardmanlardan sonra şəhərin işğalı həyata keçiriləcək,
  • Daha sonra şəhərin mərkəzindəki qaçqın düşərgələri hədəfə alınacaq.
  • Çoxmərtəbəli binalar ardıcıl vurulur

İsrail ordusu son üç gündə Qəzzada mülki insanların yaşadığı çoxmərtəbəli binaları dağıdıb:

  • 5 sentyabrda “Müştəha”,
  • 6 sentyabrda “Əs-Susi”,
  • 7 sentyabrda isə “Ər-Ru’ya” adlı binalar raket zərbələri ilə yerlə-yeksan edilib.

Hücumlar nəticəsində yüzlərlə fələstinlinin məskunlaşdığı binalar dağıdılıb, ətrafdakı çadır və tikililər də ağır ziyan görüb. Məqsədin fələstinliləri şəhərin cənubuna köçməyə məcbur etmək olduğu bildirilir.

İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında çıxış edərək, Qəzza şəhərinin işğalı üçün hücumların intensivləşdirildiyini təsdiqləyib. Onun sözlərinə görə, indiyədək 100 min fələstinli zorla evlərindən çıxarılıb.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Tel-Əviv #HƏMAS #İsrael Katz #Qəzza hücumu #Netanyahu və İsrail hökuməti #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.