7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada 2 milyona yaxın insan evsiz qalıb, humanitar yardım əngəllənir - BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İmar Agentliyi (UNRWA), İsrailin hücumları altındakı Qəzza Zolağında on minlərlə fələstinlinin böyük bədəl ödəyərək davamlı köçə məcbur edildiyini bildirib. UNRWA-nın ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yayımladığı açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bəri blokada altında saxlayaraq bombaladığı Qəzzadakı məcburi köç məsələsinə diqqət çəkilib.

3 Oktyabr 2025 12:59
Qəzzada 2 milyona yaxın insan evsiz qalıb, humanitar yardım əngəllənir - BMT

BAKI, AzerVoice, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İmar Agentliyi (UNRWA), İsrailin hücumları altındakı Qəzza Zolağında on minlərlə fələstinlinin böyük bədəl ödəyərək davamlı köçə məcbur edildiyini bildirib.

AzerVoice xəbər verir ki, UNRWA-nın ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yayımladığı açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bəri blokada altında saxlayaraq bombaladığı Qəzzadakı məcburi köç məsələsinə diqqət çəkilib.

Açıqlamada, Qəzzada ağır humanitar şəraitdə on minlərlə fələstinlinin böyük bədəllər ödəyərək təkrar-təkrar köç etməyə məcbur qaldığı qeyd olunaraq bildirilib:

"Fələstinli ailələr davamlı şəkildə böyük bədəl ödəyərək evlərini tərk etməyə məcbur edilir. Bölgədə isə ərzağa, suya və təhlükəsizliyə çıxış son dərəcə məhduddur."

Açıqlamada Qəzza Zolağında dərhal atəşkəsin təmin edilməsinin zəruriliyi vurğulanıb və bölgədəki fələstinli əhalinin acılarının yüngülləşdirilməsi üçün humanitar yardımların çatdırılmasına qoyulan maneələrin aradan qaldırılması çağırışı edilib.

İsrailin hücumları və humanitar yardımın qarşısını alan ciddi blokadası altındakı Qəzza Zolağı aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin tapılmadığı bir humanitar fəlakət yaşayır.

Xüsusilə uşaqlar başda olmaqla, Qəzza Zolağında aclıqdan ölüm halları artır. Yerli və beynəlxalq dairələr İsrailin "aclığı və susuzluğu silah kimi" istifadə etdiyini bildirir.

Sivil infrastrukturu da dağıdaraq Qəzzanın 88%-ni yerlə-yeksan edən İsrail ordusu, sürgün əmrləri ilə yerindən etdiyi fələstinliləri tez-tez sığındıqları bölgələrdə hədəf alır.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrailin hücumları və sürgün əmrləri nəticəsində yerindən edilənlərin sayının 2 milyona çatdığı, çox sayda insanın dəfələrlə köç etməyə məcbur qaldığı bildirilir.

Ən əsas ehtiyaclardan məhrum şəkildə yerindən edilən fələstinlilər yararsız çadırlarda və ya həddindən artıq sıxlıq olan, gigiyenik vasitələrin çatışmadığı, tualetlərin belə yetərli olmadığı, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

İsrail ordusu isə hər gün keçirdiyi hücumlarla yerindən edilənlərin yaşadığı çadırları və mülki obyektləri bombalayır.

Məqalədə: #Qəzza #Qəzza zolağı #BMT #UNRWA #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #UNRWA BMT Qəzza mövqeyi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.