6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

Səudiyyə Ərəbistanının Turizm Naziri Əhməd Əl-Xatib bildirib ki, krallıq uzun illər bahalı lüks kurortlara fokuslandıqdan sonra artıq orta və yuxarı-orta təbəqə üçün əlçatan turizm istiqamətlərinin qurulmasına başlayıb. O, yeni layihələrin həm turistlər, həm də Həcc və Ümrə ziyarətçiləri üçün daha münasib qiymətlərlə yerləşmə imkanları yaradacağını deyib.

9 Noyabr 2025 02:00
Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

BAKI, AzerVoice, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının Turizm Naziri Əhməd Əl-Xatib bildirib ki, krallıq uzun illər bahalı lüks kurortlara fokuslandıqdan sonra artıq orta və yuxarı-orta təbəqə üçün əlçatan turizm istiqamətlərinin qurulmasına başlayıb. O, yeni layihələrin həm turistlər, həm də Həcc və Ümrə ziyarətçiləri üçün daha münasib qiymətlərlə yerləşmə imkanları yaradacağını deyib.

Nazirin sözlərinə görə, Qırmızı dənizdə yerləşən Şibara adasında yaxın aylarda 10 yeni kurort açılacaq və onların qiymətləri hazırkı premium otellərlə müqayisədə “xeyli aşağı” olacaq.

Turizm, vəliəhd şahzadə Məhəmməd bin Salmanın “Vizion 2030” planının əsas istiqamətlərindəndir. Krallıq 2030-cu ilə qədər illik 150 milyon turist qəbul etməyi hədəfləyir — onların ən azı üçdə biri xaricdən olacaq.

Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətçilərinin sayını 2030-cu ilə qədər 30 milyona çatdırmağı planlaşdırır və bunun üçün on minlərlə yeni mehmanxana otağı tikilir.

Nazir həmçinin Körfəz ölkələri üçün “Şengen”ə bənzər vahid viza sisteminin 2026 və ya 2027-ci ilə qədər tətbiq oluna biləcəyini bildirib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Məhəmməd bin Salman #Qırmızı dəniz #Həcc və Ümrə ziyarəti #Səudiyyə Ərəbistanının Turizm Nazirliyi #Əhməd Əl-Xatib #Şibara #Vizion 2030 #Şengen

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

5 Sentyabr 13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb

5 Sentyabr 13:33
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək

5 Sentyabr 11:44

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.