7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Səudiyyənin Pakistana 10 milyard dollarlıq investisiya planı qüvvədədir - Məhəmməd Əurəncəb

Səudiyyə Ərəbistanının Pakistana planlaşdırdığı 10 milyard dollarlıq investisiya öhdəliyi dəyişməyib və tərəflər artıq qısamüddətli maliyyə dəstəyindən uzunmüddətli, şirkətlərarası (B2B) iqtisadi əməkdaşlıq modelinə keçid edir.

19 Noyabr 2025 20:11
Səudiyyənin Pakistana 10 milyard dollarlıq investisiya planı qüvvədədir - Məhəmməd Əurəncəb

BAKI,AzerVoice, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının Pakistana planlaşdırdığı 10 milyard dollarlıq investisiya öhdəliyi dəyişməyib və tərəflər artıq qısamüddətli maliyyə dəstəyindən uzunmüddətli, şirkətlərarası (B2B) iqtisadi əməkdaşlıq modelinə keçid edir.

AzerVoice xəbər verir ki, bu barədə Pakistanın maliyyə naziri Məhəmməd Əurəncəb açıqlama verib.

Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı kommersiya əsaslı investisiyalara hazırdır və prosesin növbəti mərhələsi İslamabadın maliyyələşə bilən layihələr təqdim etməsindən asılı olacaq.

“Səudiyyə tərəfi hazırdır. İndi biz investisiya oluna bilən, banklar tərəfindən maliyyələşdirilə bilən layihələr təqdim etməliyik.”-nazir deyib.

Əurəncəb bildirib ki, Pakistan artıq makroiqtisadi sabitləşmə mərhələsinə keçib, inflyasiya azalıb, valyuta ehtiyatları artıb və beynəlxalq reytinq agentlikləri ölkəyə dair proqnozları yüksəldib. Bu isə xarici investisiyanın cəlb olunmasına şərait yaradır.

Səudiyyə sərmayələrinin mədənçilik və strateji faydalı qazıntılar, informasiya texnologiyaları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm və xidmət sektoru, istehsal sənayesi kimi sahələrə yönəldilməsi planlaşdırılır.

Nazir qeyd edib ki, Bəlucistandakı Reko Diq mis-qızıl yatağı üzrə maliyyə razılaşması yekun mərhələdədir və layihə Səudiyyənin Manara Minerals konsorsiumunun diqqət mərkəzindədir. Razılaşmaya əsasən, Səudiyyə tərəfi layihədə 15 faiz pay almağa hazırdır.

Layihənin ilk mərhələsində təxminən 2,8 milyard dollarlıq ixrac gəliri əldə olunacağı gözlənilir ki, bu da Pakistanın hazırkı illik ixracının təxminən 10 faizi deməkdir.

Əurəncəb bildirib ki, iki ölkə münasibətləri artıq humanitar və maliyyə yardımından kənara çıxaraq ticarət və investisiya əsaslı əməkdaşlıq formatına keçir.

“Bu yardım deyil. Gələcək iqtisadi əməkdaşlığı ticarət və investisiya istiqamətləndirəcək.”-deyə nazir deyib.

Onun sözlərinə görə, yeni mərhələdə dövlət deyil, özəl sektor prosesə rəhbərlik edəcək və Səudiyyə Ərəbistanı bu transformasiyada əsas tərəfdaşlardan biri olacaq.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Məhəmməd bin Salman #Pakistanın maliyyə nazirliyi #Məhəmməd Əurəncəb #Pakistan Səudiyyə iqtisadi maliyyə investisiya əlaqələri #Səudiyyə Pakistan iqtisadi əməkdaşlıq #Səudiyyənin Pakistana investisiya yatırımı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

6 Sentyabr 11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

6 Sentyabr 10:45
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

5 Sentyabr 13:44

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.