6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın Venesuelaya hücumu BMT Nizamnaməsinə ziddir - İran

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi hücumu qətiyyətlə pisləyərək, bu addımı ölkənin milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması, həmçinin regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirib.

3 Yanvar 2026 13:18
ABŞ-ın Venesuelaya hücumu BMT Nizamnaməsinə ziddir - İran

BAKI,AzerVoice, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi hücumu qətiyyətlə pisləyərək, bu addımı ölkənin milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması, həmçinin regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirib.

AzerVoice xəbər verir ki, ABŞ hərbi qüvvələri gün ərzində Venesuelanın paytaxtı Karakasla yanaşı Miranda, Araqua və La Quayra ştatlarında bir sıra mövqelərə zərbələr endirib.

Bəyanatda qeyd edilir ki, ABŞ-ın hərbi hücumu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsiplərinin, xüsusilə də güc tətbiqini qadağan edən 2-ci maddənin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır. İran XİN bu hücumu “aqressiya aktı” adlandıraraq, BMT və beynəlxalq hüququn aliliyini müdafiə edən bütün dövlətlər tərəfindən dərhal və birmənalı şəkildə pislənməli olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyi, həmçinin bildirib ki, BMT-yə üzv müstəqil bir dövlətə qarşı bu cür hərbi aqressiya regional və beynəlxalq sülh və təhlükəsizliyə açıq təhlükə yaradır və nəticələri bütün beynəlxalq sistemi təsirləndirə, BMT Nizamnaməsinə əsaslanan beynəlxalq nizamın daha da zəifləməsinə səbəb ola bilər.

Bəyanatda Venesuelanın milli suverenliyini, ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmək hüququnu müdafiə etmək haqqı xatırladılıb. Eyni zamanda, BMT və xüsusilə Təhlükəsizlik Şurası daxil olmaqla, bütün dövlətlərin və beynəlxalq təşkilatların ABŞ-ın qanunsuz hərbi hücumunun dərhal dayandırılması üçün hüquqi və mənəvi məsuliyyət daşıdığı qeyd olunub.

Nazirlik sonda bu hərbi hücum zamanı törədilmiş cinayətlərin planlaşdırıcılarının və icraçılarının məsuliyyətə cəlb edilməsi üçün konkret tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Məqalədə: #BMT Təhlükəsizlik Şurası #İran Xarici İşlər Nazirliyi #BMT Nizamnaməsi #İran ABŞ Venesuela #ABŞ-ın Venesuelaya hücumu #Venesuelaya hərbi zərbə #Karakas hücumu

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.