5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ qoşunlarının Almaniyadan çıxarılmasına cavab olaraq Avropa NATO-da rolunu gücləndirəcək?

Avropa liderləri Donald Tramp administrasiyasının Almaniyadan minlərlə hərbçini çıxarmaq qərarını qitənin təhlükəsizliyi baxımından yeni siqnal kimi qiymətləndirir. ABŞ Müdafiə Nazirliyi ölkədən təxminən 5 min hərbçinin çıxarılacağını açıqlasa da, Tramp bu sayın daha da artırılacağını bildirib. Qərarın səbəbi açıqlanmayıb.

4 May 2026 11:25
ABŞ qoşunlarının Almaniyadan çıxarılmasına cavab olaraq Avropa NATO-da rolunu gücləndirəcək?

BAKI,VOA Orxan Qədirzadə

Avropa liderləri Donald Tramp administrasiyasının Almaniyadan minlərlə hərbçini çıxarmaq qərarını qitənin təhlükəsizliyi baxımından yeni siqnal kimi qiymətləndirir.

VOA xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi ölkədən təxminən 5 min hərbçinin çıxarılacağını açıqlasa da, Tramp bu sayın daha da artırılacağını bildirib. Qərarın səbəbi açıqlanmayıb.

Bildirilir ki, bu addım Şimali Atlantika Müqaviləsi Təşkilatı daxilində tərəfdaşlar üçün gözlənilməz olub. Qərarın eyni zamanda Almaniya kansleri Fridrix Merts ilə fikir ayrılıqları fonunda verildiyi qeyd olunur.

Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməsi artıq gözlənilən prosesdir və bu qərar həmin tendensiyanı gücləndirir.

Avropa İttifaqının xarici siyasət üzrə nümayəndəsi Kaya Kallas isə ABŞ qoşunlarının çıxarılması ilə bağlı müzakirələrin əvvəllər də aparıldığını, lakin qərarın vaxtının sürpriz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət NATO çərçivəsində Avropanın rolunun gücləndirilməsini zəruri edir.

Qeyd olunur ki, NATO rəsmiləri hazırda ABŞ tərəfi ilə qərarın detalları üzərində işləyir. Alyansın baş katibi Mark Rutte isə vəziyyəti şişirtməməyə çağıraraq Avropa ölkələrinin artıq təhlükəsizlik sahəsində addımlar atdığını bildirib.

Məlumata əsasən, ABŞ-ın bu addımı Avropa müttəfiqlərinin Yaxın Şərqdə, xüsusilə İranla bağlı münaqişədə iştirak məsələsində tərəddüd etməsi fonunda atılıb.

Qeyd edək ki, Avropa ölkələri son dövrlərdə təhlükəsizlik və müdafiə sahəsində daha müstəqil siyasət yürütmək istiqamətində fəaliyyətlərini gücləndirir.

Məqalədə: #ABŞ qoşun Almaniya çıxarılma #Tramp qərar NATO reaksiyası #Avropa təhlükəsizlik müstəqillik #Almaniya ABŞ münasibətləri #NATO hərbi strategiya #İran münaqişə geosiyasət

Mövzu üzrə digər xəbərlər

İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İran

İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib

11:52
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.