7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa Qəzzaya gedən fəalların saxlanılması ilə bağlı istintaq başladır

Fransa hökuməti Qəzzaya yardım aparmağa çalışan fəal flotiliyada iştirak edən Fransa vətəndaşlarına qarşı rəftarla bağlı prokurorluğa müraciət edib. Nazirin sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən Fransa baş konsulunun hazırladığı hesabat əsasında fəallara qarşı seksual zorakılıq, soyuğa məruz qoyulma, döyülmə və təhqiredici rəftar halları barədə məlumatlar əldə olunub.

29 May 2026 12:03
Fransa Qəzzaya gedən fəalların saxlanılması ilə bağlı istintaq başladır

BAKI,VOA, Fərid Mikayılov

Fransa hökuməti Qəzzaya yardım aparmağa çalışan fəal flotiliyada iştirak edən Fransa vətəndaşlarına qarşı rəftarla bağlı prokurorluğa müraciət edib.

VOA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlayıb.

Nazirin sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən Fransa baş konsulunun hazırladığı hesabat əsasında fəallara qarşı seksual zorakılıq, soyuğa məruz qoyulma, döyülmə və təhqiredici rəftar halları barədə məlumatlar əldə olunub.

“Bütün bu əməllər cinayət tərkibli ola bilər. Buna görə də məsələ ilə bağlı prokurorluğa müraciət etmək qərarına gəldim”, - deyə Barro bildirib.

Qeyd olunub ki, ötən həftə Qəzzaya humanitar yardım çatdırmağa çalışan fəal flotiliya saxlanılıb. Təşkilatçıların iddiasına görə, saxlanılan fəallar fiziki və psixoloji zorakılığa məruz qalıb, bir neçə nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, ən azı 15 nəfər seksual zorakılıq, o cümlədən zorlanma halları barədə şikayət edib. Daha sonra fəallar sərbəst buraxılıb.

Fransalı fəalların vəkilləri də müstəqil şəkildə şikayət verəcəklərini açıqlayıblar. Onlar müştərilərinə qarşı alçaldıcı rəftar, işgəncə və zorakılıq tətbiq edildiyini iddia edirlər.

Məqalədə: #Qəzza #Fransa #humanitar yardım #Jan-Noel Barro #Azadlıq Donanması

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.